Konsert zalındakı terror haqda ifaçıdan - İlk açıqlama
Koliforniyanın “Eagles of Death Metal” qrupunun solisti Cessi Xyuz dəhşətli Paris terroru haqda ilk açıqlamasını verib.
“Qafqazinfo” Gazeta.ru-ya istinadən xəbər verir ki, Bataklan konsert zalında baş tutan terror hadisəsi ilə bağlı danışan müğənni terrorçuların qrim otağında da bir neçə şəxsi öldürdüyünü bildirib.
Musiqiçi ölənlərin sayının çox olmasının səbəbini belə açıqlayıb:
“İtkilər ona görə çox oldu ki, insanlar öz yaxınlarını, sevdiklərini qoyub getməyə hazır deyildilər... Onlar bir-birini terrorçu güllələrindən öz bədənləri ilə qorumağa çalışırdılar”.
Teatr zalına terror hücumu nəticəsində 90 nəfərə yaxın şəxs vəfat edib. Onların arasında həmin qrupun meneceri Nik Aleksandr, səsyazma şirkətinin 3 üzvü-Tomas Ayad, Mari Mosser və Manu Peres də olub.
Xatırladaq ki, Parisdə baş verən silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, 350 nəfər yaralanıb. Terrorla bağlı məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.