Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində P. Çaykovskinin “Qu gölü” baletinin tamaşası nümayiş olunacaq.
“Qafqazinfo”nun məlumatına görə, klassik balet sənətinin ən gözəl nümunələrindən olan “Qu gölü” baleti, uzun illərdir Opera və Balet Teatrının repertuarındadır. Tamaşaçılar bu tamaşanı hər dəfə fərqli ifalarda görürlər.
Dekabrın 5-də baş tutacaq tamaşada Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri Olqa Qayko və İqor Onoşkonun çıxışları olacaq.
Qeyd edək ki, səhnə əsərində, həmçinin teatrın balet truppasının solistləri Əməkdar artistlər Samir Səmədov, Tamilla Məmmədzadə və Cəmilə Kərimova, aktyorlar Leyla Narimanidze, Failə Bolqarova Nigar İbrahimova, Elmira Süleymanova və başqaları iştirak edəcəklər.