Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Təhsil Problemləri İnstitutunda ikihakimiyyətlilik problemi...

Təhsil Problemləri İnstitutunda ikihakimiyyətlilik problemi...


Düz bir ay öncə Moderator.az etibarlı mənbəyə istinadən Mikayıl Cabbarovun Təhsil Nazirliyinin “Dərslik və  nəşriyyat" şöbəsinin müdiri Faiq Şahbazlını tutduğu postdan azad edərək Təhsil Problemləri İnstitutuna direktor müavini təyin etməsiylə bağlı yazı ilə çıxış etmişdi. (həmin yazını bu linkdən oxumaq olar---moderator.az/news/102286.html)



Maraqlıdır ki, saytın həmin yazısından az qala 20 gün sonra nazirlik bu təyinatı təsdiqlədi. 

 


İndi isə mötəbər mənbələrdən saytımıza bu mövzu ətrafında daha bir maraqlı məlumat daxil olub. Bildirilir ki, təyinatdan bir ay keçməsinə baxmayaraq nə institutun direktoru, keçmiş nazir müavini Qulu Novruzov, nə də Faiq Şahbazlı yerini isitmir və obrazlı desək, hər ikisi at üstə mat qalıblar. Yəni Qulu Novruzov anlayır ki, ona institut direktorluğunu da çox görürlər və öz xoşuyla bu postu yeni müavininə - Faiq Şahbazlıya verərək üzüsulu getməlidir. Bu azmış kimi Faiq Şahbazlı da bura məhz direktor postu üçün gəldiyini gizlətmir və hətta nazirliyi məsələyə tezliklə aydınlıq gətirməyə tələsdirir... 


 


Nazirlikdən saytımıza daxil olan başqa bir məlumatda isə deyilir ki, Misir Mərdanovun dönəmində nazirliyin aparat rəhbəri kimi xüsusi səlahiyyətlərə malik olan, qurumda bir sözü iki olmayan İlham Pirməmmədov da karyerasının qürub çağını yaşayır və nazirin müşaviri kimi fəaliyyətini davam etdirsə də onun daha bir yaxın adamı bu günlərdə nazirlikdəki görəvindən kənarlaşdırılıb. Həmin şəxsin kimliyi bizə bəlli olsa da nazirliyin rəsmi açıqlama verib - verməyəcəyini gözləyirik. Qurumdan xəbər çıxmasa, həmin şəxsin kimliyini açıqlamağa məcbur olacağıq... 


Teqlər:
Bu xəbər cəmi 600 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR