Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ağcabədiyə ayrılan pullar necə mənimsənilir?..

Ağcabədiyə ayrılan pullar necə mənimsənilir?..

"2014-cü ildə Ağcabədi rayonunda tikilən məktəblərin heç birində sığınacaq qurulmayıb. Bunun üçün ayrılan pullar mənimsənilib.Məktəb binaları bərbad haldadır.


 


Ötən il Hüsülü, Muğanlı, Təzəkənd, Minaxor, Arasbar, Qiyamadınlı, Mirzaverdili, Kürdlər, Kəhirli və Şərəfxanlı kənd yollarının əsaslı təmirinə 5 milyon manat pul ayrıldı. Ancaq gəlin kəndlərin yollarına baxın, bərbad vəziyyətdədir. Qarqar çayının üstündən körpü salınmalı idi. O da olmadı. Başçı deyir ki, pul tükənib. Rayonun Avşar, Salmanbəyli, Taymaq, Hacıbədəlli və Şənlik kəndlərinin də yolları bərbad haldadır. Başçı yenə deyir ki, pul yoxdur. Bəs bu ayrılan pullar hanı?”


 


Bu sualı Ağcabədi rayonunun Avşar kənd sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elqayıt Kərimov verir.


 


Onun sözlərinə görə, Kür qırağında Ağcabədi rayonunun Sarcalı kəndinə məxsus olan 3 min hektar qış otlaq sahəsinin təyinatı dəyişdirilərək kəndlilərdən alınıb və hansısa şirkətə satılıb. Rayonun Kəbirli kəndində də 2800 hektar torpaq sahəsi bu yolla satılıb.


 


Sahibkarın növbəti iddiaları isə bundan ibarətdir ki, Ağcabədi rayonunu içməli su ilə təmin etmək üçün Qarqar çayı sahilindən 3 ədəd artezian quyusundan 16 km su kəməri çəkilib:"Məmurlar artezian quyularını çobanlara satıblar. 16 kilometr uzunluğunda çuqun boru isə çıxardılıb və 1 milyon manata satılıb. Qaradolaq, Mehrablı, Yeniqaradolaq və Aran kəndlərinə içməli su üçün külli miqdarda vəsait ayrılsa da heç bir iş görülməyib.


 


Bundan başqa, Hüsülü-Qiyamadınlı yolunun təmirinə 5 milyon manat pul ayrılıb. Yolun təmiri Ağcabədi rayon yol-tikinti idarəsi tərəfindən görülüb. Ancaq sənədlərdə təmir işlərinin başçıya məxsus olan "Fərid MMC” tərəfindən həyata keçirildiyi göstərilib və bu yolla təmirə ayrılan pullar mənimsənilib. Yolda çayın üzərindən körpü tikilməsi nəzərdə tutulsa da bu iş görülməyib”.


 


Elqayıt Kərimov prezidentə və baş prokurora da müraciət edib. Abadlıq üçün ayrılmış vəsaitlərin rayon məmurları tərəfindən mənimsənildiyini bildirib. Qeyd edib ki, abadlıq işlərini sahibkarlara, mağaza sahiblərinə, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara gördürüblər: "Ayrılmış pulları isə qatlayıb ciblərinə qoyublar”.


 


Sahibkar iddia edir ki, 2013-cü ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin (RİH) fondundan saxta tender yolu ilə külli miqdarda pullar mənimsənilib. Ayrı-ayrı kənd icra nümayəndələrinə saxta sənədlər tərtib etdirilib.


 


E.Kərimov yazır ki, bu pullar heç bir iş görülmədən saxta sənədlər tərtib olunmaqla ciblərə ötürülüb. Bu barədə müvafiq orqanlara yazılan şikayətlər isə ört-basdır olunur: "Dövlət orqanlarına yazdığımız şikayətləri araşdırılmaq üçün Ağcabədi Rayon İcra Hakimiyyətinə göndərirlər. Korrupsiya faktı olduğu halda məktublar Əmlak Məsələləri Dövlət Komitəsinə, Ağcabədi Rayon Prokurorluğuna və Ağcabədi Rayon İcra Hakimiyyətinə göndərilir. Halbuki elə şikayətlərimiz həmin qurumlardandır”.


 


Ağcabədi Rayon İcra Hakimiyyəti isə ittihamları qəbul etmir.


 


RİH-dən "Azadlıq”a bildiriblər ki, sahibkarın yazdıqları qərəzlidir və heç bir əsası yoxdur: "Noyabrın 18-də Rəncbərlər və Hüsülü kəndlərinə mavi yanacaq verilib. Sarıcalı kəndi ərazisində magistral yola asfalt örtük çəkilib. Kəndlərdə elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsil, mədəniyyət, səhiyyə, sahibkarlıq və aqrar sahələrin inkişafında xeyli iş görülüb. Əhalinin həyat şəraitinin yaxşılaşdırılması da RİH-in diqqətindədir”.


 


RİH dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı deyilənləri də təkzib edir. Torpaq sahələrinin satılmasına gəlincə isə bildirilir ki, bələdiyyənin fondunda olan torpaq sahələrini icra hakimiyyəti satışa çıxara bilməz. Ancaq başçının bu ilin 9 ayı ərzində Ağcabədi rayonunda görülmüş işlərlə bağlı hesabatına göz atanda bəlli olur ki, əsas abadlıq işləri şəhərdə aparılıb.


 


Arqument.az

Teqlər:
Bu xəbər cəmi 1045 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR