Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İcra başçısı iki direktora cəza verdi - Dini təriqətə görə

İcra başçısı iki direktora cəza verdi - Dini təriqətə görə


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ötən gün şəhərin Əhməd Cavad küçəsi 47 saylı mənzildə qanunsuz fəaliyyət göstərən “Yehova şahidləri” təriqətinin 27 nəfər üzvünün polis tərəfindən saxlanılmasına münasibət bildirib.



“Qafqazinfo”nun report-a istinadən məlumatına görə, E.Vəliyev deyib ki, Gəncədə milli-mənəvi dəyərlərə zidd olan, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçmədən fəaliyyət göstərən dini cərəyanlara qarşı mübarizə ciddi şəkildə aparılacaq.



O, həmçinin qeyd edib ki, Gəncə Şəhər Təhsil İdarəsi şəhərdəki iki orta məktəbin direktoruna şiddətli töhmət verib. Buna səbəb həmin məktəblərdə “Yehova şahidləri” təriqəti üzvlərinin qanunsuz dini təbliğat aparmasına imkan verilməsi, nəticədə bəzi şagirdlərin həmin təriqətə qoşulması göstərilib.



İcra başçısı 15 yaşdan aşağı olan məktəblilərin məscidlərə girişini qadağan etdiyini də deyib:



“Məktəblilər dərs oxumaqdansa, məscidlərə gedirlər. Burada da dindən istifadə edən çirkin məqsədli adamların təsiri altına düşürlər. Daha sonra bu yeniyetmələri fikirlərindən daşındırmaq olmur”.



Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsinin birgə keçirdiyi əməliyyat tədbiri zamanı şəhərin Poçt qəsəbəsində 5-i azyaşlı olmaqla, “Yehova şahidləri” təriqətinin 27 üzvü saxlanılaraq inzibatı məsuliyyətə cəlb edib.


Teqlər:
Bu xəbər cəmi 1355 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR