Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Prezident naziri qəbul etdi

Prezident naziri qəbul etdi


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanovu qəbul edib.



"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında bu il artıq ilk buraxılışın olmasının və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ölkəmizdə fəaliyyətə başlamasının önəmini qeyd etdi. Dövlətimizin başçısı təhsil sahəsində əməkdaşlığımızın digər formalarının müəyyənləşdirilməsinin zəruriliyini də qeyd etdi. Azərbaycanlı tələbələrin Rusiyanın müxtəlif ali məktəblərində təhsil almalarını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığımızın daha da möhkəmləndirilməsinin vacibliyini vurğuladı, müxtəlif sahələr üzrə mütəxəssislərin hazırlanmasında təhsilin hər iki ölkə üçün əhəmiyyətli olduğunu deyib.



Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanov ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi işinə xüsusi diqqət göstərdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının uğurlu fəaliyyətini məmnunluqla qeyd edən Dmitri Livanov Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının da Azərbaycanda nüfuz qazanacağına və peşəkar tibb işçilərinə olan tələbatın ödənilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğuladı. Rusiyanın təhsil və elm naziri Azərbaycan İqtisad Universitetinin Dərbənd filialının fəaliyyətini təhsil sahəsində qarşılıqlı əməkdaşlığın nümunəsi kimi dəyərləndirib.



Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:
Bu xəbər cəmi 1000 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR