Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İstilik problemi bir-iki günə həll olunacaq

İstilik problemi bir-iki günə həll olunacaq


Ölkədə yaşayış binalarına istiliyin verilməsi ilə bağlı yaranmış problem həll olunmaq üzrədir. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli.Az-a "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.



Onun sözlərinə görə, hazırda bununla əlaqədar "Azəriqaz" İB ilə danışıqlar davam edir: "Yəqin ki, yekun nəticəyə gələ biləcəyik. Hələlik danışıqlar aparırıq. Artıq dünəndən etibarən "Azəriqaz" bəzi qazanxanalara qaz verilməsini təmin edib, yəqin ki, 1-2 günə digər binalara da istiliyin verilməsi bərpa ediləcək".



Qeyd edək ki, "Azəristiliktəchizat" ASC bəyan etmişdi ki, noyabrın 15-dən etibarən yeni payız-qış istilik mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə başlanacaq. Lakin bir sıra binalara ümumiyyətlə istilik verilmədi, hətta istiliyin verildiyi binalarda da təchizat 2 gün sonra kəsildi. Artıq bir neçə gündür, Bakının yarısında və regionlarda vəziyyət bu cürdür və əhali istiliyin olmamasından əziyyət çəkir.



"Azəristiliktəchizat" ASC-dən verilən məlumata görə, problem cəmiyyət tərəfindən "Azəriqaz" İB-ə yaranmış borc səbəbindən qazanxanalara qazın verilməsinin dayandırılması ilə bağlı idi. "Azəristiliktəchizat"da hesab edirlər ki, abunəçilər borclu olmadıqları halda "Azəriqaz"ın qış vaxtı belə bir addımı atması doğru deyildi. Belə ki, iki dövlət qurumu arasında məsələni başqa cür də həll etmək olardı.


Teqlər:
Bu xəbər cəmi 850 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR