Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ABŞ-ın Elmi Hesablamalar Mərkəzinin direktoru BDU-da

ABŞ-ın Elmi Hesablamalar Mərkəzinin direktoru BDU-da


ABŞ-ın Emory Universitetinin nəzdində fəaliyyət göstərən Emerson adına Elmi Hesablamalar Mərkəzinin direktoru, professor Camal Musayev Bakı Dövlət Universitetində olub.



“Qafqazinfo” xəbər verir ki, rektor akademik Abel Məhərrəmovla görüşdə əməkdaşlıq və birgə layihələrlə bağlı müzakirələr aparılıb. Sonra alim universitetin fizika, kimya, mexanika riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika fakültələrinin professor-müəllim heyəti və magistrantlarla görüşüb.



Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov professor Camal Musayev haqqında məlumat verib və məlum olub ki, hazırda ABŞ-da böyük bir mərkəzə rəhbərlik edən alim BDU-nun fizika fakültəsinin məzunudur.



Sonra professor Camal Musayev "Yeni katalizatorlar və texnologiyaların layihələşdirilməsində multidissiplinar əməkdaşlıq" adlı mühazirə oxuyub. O çıxışının əvvəlində rəhbərlik etdiyi mərkəz haqqında danışıb və birgə əməkdaşlıqla bağlı təkliflər səsləndirib. Bildirib ki, müasir elmin monumental məsələləri mürəkkəb sistemlərin hər bir komponentinin rolunu başa düşmək və necə qarşılıqlı əlaqədə olub fəaliyyət göstərdiyini anlamaq üçün multidissiplinar və sözün əsl mənasında birgə yanaşma tələb edir. Alim mərkəzin son əməkdaşlıq fəaliyyətini xarakterizə edərək bildirib ki, birgə hesablama-eksperimental fəaliyyət prosesin mexanizmini və aktiv mühitin təbiətini daha yaxşı başa düşməyə imkan verir.



Əldə olunmuş biliklər suyun oksidləşməsi üçün yeni katalizatorların hazırlanması və S-H rabitəsinin funksionallaşdırılması, həmçinin TON katalizatorların və reaksiyanın effektivliyinin artırılması üçün əvvəlcədən proqnoz verməyə şərait yaradır. Cıxışının sonunda professor Camal Musayev qeyd edib ki, müasir dünyada elmi araşdırmalar fənlər qovşağında aparılan tədqiqatlara önəm verilir və bu sahədə BDU-da aparılan tədqiqatlara üstünlük vermək lazımdır. Professor rəhbərlik etdiyi mərkəzlə BDU arasında elmi əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib və çoxsaylı suallara cavab verib.



ABŞ-ın Elmi Hesablamalar Mərkəzinin direktoru BDU-da


Teqlər:
Bu xəbər cəmi 1025 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR