Boliviyanın cənubunda baş tutan bir futbol matçı zamanı bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, stadiona ildırım düşməsi nəticəsində 1 futbolçu ölüb, 8-i isə yaralanıb. Hadisə Argentina ilə sərhəd olan Villazon şəhərində baş verib. Şəhər prokuroluğu bildirib ki, David Alvares adlı oyunçu şişmək nəticəsində yerindəcə keçinib. Digər 8 oyunçunun isə vəziyyəti ağırdır və onlar xəstəxanaya yerləşdirilib.