Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ziya Məmmədov vali ilə görüşdü

Ziya Məmmədov vali ilə görüşdü


Nəqliyyat Nazirliyində İran İslam Respublikasının nümayəndələri ilə görüş keçirilib. 



“Qafqazinfo” xəbər verir ki, İran İslam Respublikasının Gilan əyalətinin valisi Məhəmmədəli Nəcəfinin rəhbərlik etdiyi nümayəndə heyətini nəqliyyat naziri Ziya Məmmədov qəbul edib. Z.Məmmədov son illər Azərbaycanın inkişafı, iri miqyaslı islahatların həyata keçirilməsi, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən danışıb.



Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz siyasi sabitliyi qoruyub saxlamaqla paralel olaraq iqtisadi sahədə də yüksək nəticələr əldə edib.



Aparılan islahatların iqtisadiyyatın bütün sahələrinin, o cümlədən nəqliyyat-yol kompleksinin inkişafına müsbət təsir göstərdiyini vurğulayan nazir nəqliyyat sektorunu əhatə edən sahələrin fəaliyyəti barədə məlumat verib və bu sahədə Azərbaycanla İran arasındakı əməkdaşlıqdan danışıb.



Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı hər iki ölkədə aparılan işlərdən, həmçinin Yeni Bakı Beynəlxalq Dəniz Ticarət limanı haqqında daha ətraflı danışan nəqliyyat naziri, limanın Azərbaycanın şərqdən qərbə, eyni zamanda şimaldan cənuba gedən yolların kəsişməsində yerləşdiyini və gələcəkdə Xəzər dənizi üzərindən bu istiqamətlərdə yük daşımalarında mühüm rol oynayacağını bildirib.



Öz növbəsində İran nümayəndə heyətinin rəhbəri Məhəmmədəli Nəcəfi nəqliyyat sektoru üzrə İran-Azərbaycan əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. 

Qeyd edək ki, görüşdə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin, Gilan əyalətinin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Hadi Tizhuş Taban, İranın Astara şəhər İcra Hakimiyyətinin başçısı Sirus Şəfəqi,Gilan əyalətinin İqtisadiyyat, Maliyyə, İnvestisiya məsələləri üzrə Baş İdarəsinin rəisi Mənsur Mövlayipur, həmçinin Azərbaycanın İranın Təbriz şəhərində baş konsulu Əli Əlizadə də iştirak edib.



 



Ziya Məmmədov vali ilə görüşdü


Teqlər:
Bu xəbər cəmi 1185 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR