Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Akif Qurbanov MSK-nın yekun protokolunu imzalamaqdan imtina etdi - XÜSUSİ RƏY

Akif Qurbanov MSK-nın yekun protokolunu imzalamaqdan imtina etdi - XÜSUSİ RƏY

Bu gün Mərkəzi Seçki Komissiyası Parlament seçkiləri ilə bağlı yekun iclas keçirib. 


 


Arqument.Az xəbər verir ki, bu barədə MSK üzvü Akif Qurbanov feysbukda yazıb. 


 


O bildirib ki, MSK-nın seçkilərin yekun nəticələri ilə bağlı yekun protokolunu imzalamaqdan imtina edib: "Parlament seçkiləri bu gün yekunlaşdı. Nəticələrə uyğun MSK-nın protoklunu imzalamaqdan imina edərək tərtib etdiyim Xüsusi Rəyi MSK sədrinə təqdim etdim".


 


Arqument.Az Akif Qurbanovun xüsusi rəyini təqdim edir:


 








"1 noyabr 2015-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin ümumi yekunu haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokoluna dair Mərkəzi Seçki Komissiyasını üzvü Akif Yaqub oğlu Qurbanovun






X Ü S U S İ    R Ə Y İ






Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbləri çərçivəsində seçkilərdə iştriak edən müxtəlif maraqlı tərəflərin etdikləri çoxsaylı şifahi və yazılı müraciətləri, müşahidəçilərin söylədikləri rəylər və pozuntulara dair təqdim etdikləri çoxsaylı faktlar, KİV-lərin seçkilərə dair işıqlandırdıqları materiallar və aşağı seçki komissiyalarında fəaliyyət göstərən komissiya üzvləri tərəfindən verilən məlumatlar əsasında 1 noyabr 2015-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi haqqında xüsusi rəy tərtib etmək qərarına gəldim. Təbii ki, 1 noyabr 2015-ci il parlament seçkilərinin nəticələri dəyərləndirilərkən, seçki prosesinin bütün mərhələləri – seçkilərə hazırlıq, seçici siyahılarının tərtibi, namizədliyin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqat, daxil olmuş şikayət və müraciətlərə baxılması, səsvermə və səslərin hesablanması və protokollaşması üzrə ayrıca qiymətləndirmə aparılmalı, bu zaman ATƏT qarşısında göturulən öhdəliklərə, Avropa Şurasının demokratik seckilər üzrə standartlarına və Azərbaycan Respublikasının azad və ədalətli seçkilərin keçirilməsinə dair beynəlxalq öhdəliklərinə istinad olunmalıdır.






Seçkilər öncəsi mühit






1 noyabr 2015-ci ildə Milli Məclisə keciriləcək seçkilər insan hüquq və azadlıqları sahəsində 9 oktyabr 2013 prezident seckilərdən sonra yaranmış siyasi gərginlik dövrünə təsadüf edib. Prezident seçkilərindən sonra Azərbaycanda siyasi hüquqlar və fəaliyyət azadlıqları ciddi şəkildə məhdudlaşdırılmış, siyasi rəqiblərə qarşı təqib və təzyiqlər genişlənmişdir. Bu dövrdən etibarən, vətəndaş cəmiyyəti institutları, müstəqil media və müxalif  təşkilatlar təzyiq siyasətinin hədəfinə çevrilmişdir. Nəticədə yerli və beynəlxalq qurumların qiymətləndirilməsinə görə çox saylı siyasi və vicdan məhbuslarının olduğu bir siyahı meydana gəlmişdir. 






İctimai sektorda, media sektorunda fəaliyyət göstərən çoxsaylı beynəlxalq QHT-lərin hesablarına həbs qoyulmuş, ofisləri bağlanmış, avadanlıqları zəbt olunmuş və fəaliyyətləri dayandırılmışdır. Donorların ölkə QHT-lərinə qrant verilməsi yolları hüquqi baxımdan əngəllənmişdir. 






Sərbəst toplaşma hüququndan istifadə imkanları məhdudlaşdırılmaqla bərabər, bu hüququndan istifadə etmək istəyənlərin qarşısına ağır cəzalar gətirilmişdir. 02 noyabr 2012-ci ildə İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi qüvvədən düşürülərək yerinə yeni tənzimləmə olan maddə əlavə edildi. Burda diqqəti çəkən ən önəmli məqam budur ki, 2012-ci ildə cərimənin maksimum həddi 13 manat olduğu halda, hazırda bu miqdar 30 min manata qədər yüksəldilmişdir. Beləliklə, bütün dönəmlərin rekordu təzələnmiş, bir maddənin sanksiyası 2307 dəfə artırılmışdır. Ayrıca, iki yüz qırx saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs cəzası da maddənin sanksiyalarına əlavə edilmişdir. 






Ölkə miqyasında sərbəst toplaşmaq azadlığı tam şəkildə məhdudlaşdırılıb, yalnız Bakı şəhərində yarımqapalı "Məhsul” stadionunda müxalif partiyaların bəzən mitinqlər keçirməsinə imkan verilib. 






Müxalif siyasi partiyaların və müstəqil QHT-lərin bildirdiyinə görə hələ də bir çoxunun Bakıda ofis yerləri yoxdur və fəaliyyətləri regionlarda davamlı məhdudlaşdırılır. Həmçinin qapalı məkanlarda konfrans, dəyirmi masa və s. formatlarda ictimai toplantılar keçirmək demək olar ki, mümkünsüz hala gəlib və onlar  ciddi maneçiliklərlə üzləşdikləri vurğulanır. 






Beləliklə, keçirilən seçkilər beynəlxalq qurumların və yerli ictimai-siyasi təşkilatların çağırışlarına baxmayaraq, hakim partiya ilə әsas müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında dialoqun yoxluğu ilə səciyyәlənәn siyasi mühitdə cәrәyan edib.  






Seçki qanunu






Seçki Məcəlləsinə əlavə və dəyişikliklər






Bütün növdәn olan seçkilәrin keçirilmәsini tənzimləyən Seçki Məcəlləsi 27 may 2003-cü il tarixdə təsdiq edilmiş və qüvvəyə minmişdir. Aradan keçən 12 ildə 17 dəfə Seçki Məcəlləsini dəyişdirən və ya əlavələr edən təşəbbüslər Milli Məclis tərəfindən reallaşmışdır. Ən son dəyişiklik  03 aprel 2015-ci il tarixdə edilmişdir. Ümumiyyətlə, son 12 ildə Seçki Məcəlləsinin 200-dək müxtəlif maddəsinə əlavə, dəyişiklik və ya düzəliş edilmiş, yaxud bütünlüklə maddə Məcəllədən çıxarılmışdır. Əlavə və dəyişikliyin 90%-dən çoxu məhdudlaşdırıcı xarakterlidir və bu addımlar atılmamışdan öncə,  edilən dəyişikliklər üçün ictimai konsensus axtarılmamışdır. 






MSK-nın normativ xarakterli aktları






Mərkəzi Seçki Komissiyasının aktlarıyla seçkilərə dair əsas normativ hüquqi akt hesab olunan Seçki Məcəlləsinin tələbləri arasında ciddi uyğunsuzluqlar var.  Bu uyğunsuzluqlar və Seçki Məcəlləsinin tələblərinin daha da məhdudlaşdırılması daha çox "Seçki komissiyası protokolunun doldurulması”, "Exit-poll”, "Seçki komissiyalarında şikayətlərin araşdırılması”, "Mətbuat qrupu”, "Veb-kamera” və "Səlahiyyətli nümayəndələrinin statusu” haqqında olan normativ xarakterli aktlarda rast gəlinir.






Seçki administrasiyası






Parlament seckiləri Mərkəzi Secki Komissiyası (MSK), 125 Dairə Secki Komissiyası (DSK) və 5415 məntəqə secki komissiyalarından (MnSK) ibarət uc pilləli struktura malik qurum tərəfindən idarə olunur. Butun komissiyalar muvafiq olaraq 18, 9 və 6 nəfərdən ibarətdirlər. Lakin komissiyaların formalaşması zamanı mən və Ümid Partiyası ciddi maneçiliklə üzləşmişik. Belə ki, Naxçıvan Muxtar respublikası ərazisində yerləşən DSK-ların və MnSK-ların heç birində təmsilşilik hüququmuzun reallaşmasına imkan verilməmişdir. Həmçinin, Sumqayıt şəhəri, Sabunçu, Yasamal, Kürdəmir, Lerik, Göyçay kimi rayonların ərazisində yerləşən MnSK-ların heç birində təmsilçiliyimizə imkan verilməmişdir. 






DSK-lar üzrə katibliklərin seçilməsində bərabərlik prinsipi qorunmamışdır. Bu pozuntulara dair məhkəməyə etdiyim şikayət, çox təəssüf ki, ədalətsiz olaraq siyasi sifariş əsasında Ali Məhkəmə səviyyəsində rədd olundu.






Qanuna əsasən, bütün komissiya sədrləri parlament çoxluğunun namizədidirlər. Beləliklə, parlament çoxluğu "de-fakto” bütün seçki komissiyalarında səs çoxluğuna malikdir. Təbii ki, belə şəraitdə onsuzda komissiyalar hakim çoxluğun nəzarətində olduğu halda bu tipli ciddi pozuntulara yol verilməsi də mənə həmin ərazidə obyektiv məlumat əldə etməkdə və prosesə nəzarət etməkdə xeyli əngəllər törətmişdir. Secki administrasiyasının tərəfsizliyinə muxalifət numayəndələrinin inamının aşağı səviyyədə olmasını nəzərə alsaq, sözügedən təşkil prinsipi etibarsızlığı daha da dərinləşdirmişdir. Seçki hazırlığı zamanı qəbul olunan təlimatlarda da Seçki Məcəlləsinin tələblərinə zidd olaraq ciddi əngəllər yaradılmışdır. Qəbul olunmuş müvafiq qərar və təlimatlarla razılaşmadığım hissələrə dair xüsusi rəyimi müvafiq qaydada MSK-ya təqdim etmişəm.






Seçici siyahıları






2015-ci il may ayının 27-də təsdiq olunmuş məlumata görə ölkə üzrə vahid seçicilər siyahısına  5093289 seçici daxil edilib ki, onların da 48,3 faizi kişi, 51,7 faizi isə qadınlardır. Ancaq bu rəqəm Azərbaycan Respublikası Dovlət Statistika Komitəsinin acıqladığı rəqəmlə kəskin surətdə fərqlənir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata gorə, əhalinin (9 593 000) 6 715 400 – nün yaşı 18-dən yuxarıdır. Yəni əhalinin 70 faizi (49,78 % kişi, 50,22 % qadın) seçicidir. Ancaq MSK-nın acıqladığı rəqəmdən məlum olur ki, seçicilər əhalinin 53 faizini təşkil edir. Bununla da ölkədə seçicilərin sayı ilə bağlı yuxarıda adı cəkilən orqanların acıqladığı rəqəmlərdə 17 faiz fərq ortaya cıxır. Tərəfimdən dəfələrlə MSK-nın iclasında məsələ qaldırılmasına baxmayaraq bu ciddi ziddiyyətlərlə bağlı əsaslı izah verilməmişdir. 






Seçici siyahılarının yenilənməsi oktyabrın 7-də ümumi sayı 125 seçki dairəsinin 5415 seçki məntəqəsi üzrə 5,096,468 nəfər olan siyahı ilə başa çatdırılmışdır. May ayında edilən yenilənmədən sonra siyahıya əlavə 3,179 seçici daxil edilmişdir. 


Digər tərəfdən Seçki Mәcəlləsinin 29-cu maddəsində bildirilir ki, hәr dairәdә qeydiyyatdan keçmiş seçicilәrin sayı dairә üzrə seçicilәrin orta təmsilçilik normasının 10 faizindən kənara çıxmamalıdır. MSK dairə sәrhədlәrinә bəzi xırda düzәlişlər etsә də tәxminәn 1/3 dairәdə qeydiyyatdan keçmiş seçicilərin sayı orta göstəricidәn 10 faiz çox vә bəzәn də nәzәrәçarpan dәrәcәdә yüksәk olur ki, bu da sәsvermә hüququnun bәrabәrliyini şübhә altına qoyur.






Namizədliyin irәli sürülmәsi vә qeydiyyatı mərhələsi






Əsas müxalifət qurumlarından Milli Şuranın seçkilərdə iştirak etməməsi, Musvata Partiyası və  Real Hərəkatının seçkilərdə iştiraka qərar versə də seçki prosesində ciddi maneələr və qanunsuzluqlarla üzləşdiyi üçün etiraz edərək seçkilərdə iştirakdan çəkinmələri və başqa iştirakçıların da fəaliyyətinə normal şərait yaradılmaması seçki kampaniyası dövrünün tamamilə sönük keçməsinə səbəb olmuşdur. 






Əvvəlki parlament seckilərindən fərqli olaraq hazırkı seckilərin ilkin mərhələsi - namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi daha ciddi qanun pozuntuları ilə muşayiət olunub. Pozuntular əsasən hakim partiya və onun siyasətini dəstəkləyən və ya açıq  loyal münasibət göstərənlər istisna olmaqla digər, xüsusilə də müxalf siyasi partiyalar və siyasi prtiyalar blokları və təşkilatlar adından namizədliyi irəli surulmuş şəxslərə qarşı baş verib.  






Muşahidələr gostərir ki, 1 noyabr 2015-ci  il parlament seckilərinin ilkin mərhələsində bir çox seçki dairələrində DSK-lar siyasi alternativsizlik muhitinin yaradılmasına səy gostərərək, bununla da YAP-ın dəstəklədiyi namizədlərlə muqayisədə digər namizədlərə munasibətdə siyasi ayrı-seckilik numayiş etdiriblər. Araşdırmalar gostərib ki, ölkə üzrə təxminən 46 secki dairəsində siyasi alternativsizlik muhiti mövcud olub.


Seçkidə iştirak edən əsas müxalif qurumlar olan Musvata Partiyası və Real Hərəkatı, həmçinin aparıcı müxalif gənclər hərəkatı olan NİDA seçki prosesində ciddi manelər və qanunsuzluqlarla üzləşmələrinə etiraz edərək seçkilərdə iştirakdan çəkinmələri haqqında qərar vermişdir. 29 oktyabr 2015-ci il tarixdə MSK və müvafiq DSK-lara namizədliklərindən imtina barəsində rəsmi müraciət edən Müsavat Partiyası və onun namizədlərinin ərizələri bir çox halda komissiyalar tərəfindən qəbul edilməmiş, qəbul edilən ərizələrə dair isə qərar qəbul edilməmişdir.






MSK namizədliyin irəli sürülməsi və qeydə alınması barədə məlumatları seçki dairələri üzrə İnformasiya Mərkəzinin www.infocenter.gov.az saytında əvvəlki müsbət təcrübədən fərqli olaraq  yerləşdirməkdən yayınmışdır. MSK  sədri iclaslarda şifahi qaydada ümumi statistik qısa nəticələri ictimaiyyətə açıqlamışdır.  Yalnız, mənim 2 dəfə rəsmi iclasda bu barədə məsələ qaldırmağımdan sonra qeydə alınmışlar barəsində məlumat yerləşdirilmiş, digər məlumatlar gizlədildiyindən prosesi izləmək mümkün olmamışdır. Ona görə də qeyd olunan rəqəmlərin reallığı əks etdirməsi barədə əminlik yarartmır. MSK-ya görə  1823- müraciət edən namizəddən 1457 –imzalarını toplayıb qaytarmışdır. Onlardan 1246 nəfər qeydə alınmışdır. 






28 oktyabr tarixinә qədər 479 namizәd qeydiyyatdan sonrakı müddətdə çox qısa vaxt ərzində namizədliyini geri götürmüşdür. Qeyd edək ki, 2010 seçkilərində namizədliyini geri götürənlərin sayı cəmi 41 nəfər olmuşdur. Qeydə alınmış namizədlərin seçkilərdə iştiraka rəsmi davam edənləri sayı 767 nəfər olmuşdur.






Hakim Yeni Azәrbaycan Partiyasının (YAP) bütün namizədləri (116 nəfər) qeydә alındığı halda, müxalif siyasi partiyalar, siyasi partiyalar blokları tərəfindən namizədliyi irәli sürülmüş şəxslərin yarıdan çoxu və çoxsaylı müstəqil namizədlərin namizədliyi qeydiyyata alınmamışdır. Qeydiyyata almadan imtina zamanı məlum olmuşdur ki, 8, 9, 11, 12, 15, 17, 18, 19, 21, 24, 26, 27, 28, 32, 34, 35, 38, 40, 42, 43, 44, 45, 56, 60, 62, 63, 64, 66, 67, 70, 72, 75, 77, 82, 83, 84, 89, 94, 95, 107, 112, 117, 125 seçki dairələri də daxil olmaqla 60-dan çox seçki dairəsi üzrə müvafiq DSK-lar tərəfindən Seçki Məcəlləsinin 57-ci, 58-ci, 59-cu, 60-cı maddələrinin tələbləri pozulub. Belə ki, imza vərəqələri yoxlanılarkən DSK-lar tərəfindən nə namizədə, nə də siyasi partiya və blokun səlahiyyətli nümayəndəsinə heç bir məlumat verilmir, imza vərəqələrinin yoxlanmasının nəticələri haqqında işci qrupunun tərtib etməli olduğu protokolun surəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissiyası iclasınıın başlanmasına azı 24 saat qalmış nə namizədə, nə də siyasi partiya və blokun səlahiyyətli nümayəndəsinə təqdim edilmir. Protokolun surəti ilə yanaşı seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə yoxlamanın nəticəsi barədə cədvəlin surəti də verilmir. 






Məhkəmə qaydasında sübuta yetirilmədən imza etmiş vətəndaşların sonradan coxsaylı teleqram və məktubları əsasında imzalarının DSK-lar tərəfindən etibarsız sayılması halları da baş vermişdir. 






Həmçinin təqdim olunmuş imzaların etibarsız sayılmasının əsas səbəbi kimi işçi qrupunun üzvü tərəfindən xətt üzrə ekspert olmadığı halda "mənə elə gəlir” düşüncəsilə ekspertlik edərək coxsaylı yanlış rəylər verilmişdir. Eyni zamanda əksər hallarda namizədliyin qeydə alınmasından imtina məcəllənin tələblərinə uyğun formada tam əsaslandırılmır və göstərilən səbəblər qanunvericiliyin tələblərinə uyğun deyildir. Əksər dairələr üzrə namizədlər qeydə almadan imtina ilə bağlı qərarları iclasda baxılandan sonra xəbər tutmuşlar və nəticə etibarilə özlərini müdafiə edə bilməmişlər.






Müraciәt vә şikayәtlәr






1 noyabr 2015-ci il parlament seckilərinin ilkin mərhələsində, yəni namizədlərin irəli surulməsi və qeydiyyatı prosesində dairə secki komissiyalarının hərəkətlərindən və hərəkətsizliklərindən olunan şikayətlərin əksəriyyəti obyektiv surətdə araşdırılmayıb. Qeyd edək ki, MSK-nın  rəsmi internet ünvanında verilən məlumata görə, parlament seckilərinin bu mərhələsində  daxil olmuş şikayətlər üzrə MSK 97 qərar verib. Bu şikayətlərdən 20-i  təmin edilib (18 namizədin qeydiyyatı, 1 inzibati orqanın törətdiyi pozuntu, 1 qanunsuz təşviqatla bağlı )  9 şikayət (3 namizədin qeydiyyatı, 3 inzibati orqanın törətdiyi pozuntu, 3 qanunsuz təşviqatla bağlı) aidiyyatı qaydanın pozulması ilə daxil olduğu ucun DSK- lara göndərilib, 6 şikayətə (5 namizədin qeydiyyatı, 1 qanunsuz təşviqatla bağlı) xitam verilib,  62 şikayətin ( 60 namizədin qeydiyyatı, 2 inzibati orqanın törətdiyi pozuntu ilə bağlı) isə əsassız olması adı ilə təmin edilməyib. 


Məhkəmələrdə bu dövr ərzində verilmiş 76 seçki şikayətinin (49 iddia ərizəsi, 27 kassasiya şikayəti olmaqla) 2-si (hər ikisi iddia ərizəsidir) məhkəmələr tərəfindən qismən təmin edilib, 3 seçki şikayəti (2 iddia ərizəsi və 1 kassasiya şikayəti) mümkün sayılmayıb, 71 seçki şikayəti (45 iddia ərizəsi və 26 kassasiya şikayəti) mahiyyət üzrə baxılaraq təmin edilməyib.






MSK şikayətləri araşdıran zaman bütün hallarda ekspertlərin rəyini əsas kimi qəbul etmişdir və bir çox hallarda Seçki Məcəlləsinin 112-1.7, 112-1.8, 112-1.9, 112-1.13 tələblərini pozaraq iclasda iştirak etmək arzusunu bildirən şikayətçilərə qabaqcadan məlumat verilməməsi, şikayətçinin iclasda özünü müdafiə etmək hüququnun təmin olunmaması, dəlillər təqdim etmək hüququnun tanınmaması, iclasa 24 saat qalmış ekspert rəyinin dərc olunmaması və ya şikayətçiyə catdırılmaması  kimi pozuntulara yol vermişdir. 






MSK şikayətlər üzrə imza vərəqələrinin və digər qeydiyyat sənədlərinin yoxlanması zamanı MSK nəzdində yaradılmış işci qrupunun tərkibində olan ekspert rəyi olaraq qrafoloqdan istifadə etdiyini bildirmişdir. Təəssüflər ki, komissiya üzvləri olaraq biz şikayətlərin komissiyada baxılması zamanı həmin işci qrupunda olan ekspertlərin rəyləri ilə tanış ola bilməmişik, yalnız bizə şifahi məlumatlar verilmişdir. Sonradan məhkəmə baxışları zamanı məlum olmuşdur ki, ekspertlər ehtimal əsasında imzaları etibarsız hesab etmişlər və nəticə etibarilə ehtimal əsasında, coxsaylı namizədlərin Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin 1-ci bəndində, İnsan hüquqları haqqında bəyanamənin 21-ci maddəsinin 1-ci bəndində  və Avropa İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Konvensiyasının 1 saylı protokolunun 3 –cü maddəsində təsbit edilmiş seçilmək hüquqları pozulmuşdur.






MSK-da imzaların yoxlanması prosesində çox saylı namizədlər iştriak etmək istəylərini bildirsələr də Seçki Məcəlləsinin 59.3-cü və 59.13-cu maddələrinin tələbləri pozularaq iştriakları təmin olunmayıb və yoxlamanın nəticələrinə dair protokol və cədvəlin surəti də verilməmişdir. Beləliklə MSK da müvafiq DSK-ların etdiyi qanunsuz hərəkət və hərkətsizlikləri təkrar etmişdir. Həmçinin MSK şikayəti şikayətçinin göstərdiyi pozuntular əsasında deyil, ümumiyyətlə sənədlərin bütövlükdə və yenidən yoxlanması əsasında araşdırmışdır və bir çox hallarda da DSK-lardan daha çox səhvlər aşkar etməsi əsası ilə namizədləri qeydə almamışdır.






Beləliklə, komissiyaların səhv qərarları nəticəsində vətəndaşların konstitusion hüquqları olan seçilmək hüququ və qeydə alınmış namizədlərin bərabərliyi hüququ məhdudlaşdırılmışdır.






Çoxsaylı müxalif namizədlәrin qeydiyyatından əksәr instansiyalarda imtina edilməsi Seçki Məcəlləsinin müddəalarının ədalətsizcəsinə məhdudlaşdırılmış şəkildə tətbiqi və digər qanunvericilik məsələləri ilə bağlı olmuş və bir çox hallarda hüquqi əsasını tapmamışdır. Nəticə etibarilә namizәdlərin fəaliyyəti sərhədlənmiş və seçilmək hüququ heç bir əsas olmadan məhdudlaşdırılmışdır. Bu isə ATƏT-in mövcud tələblərinə, ATƏT-in 1990-cı il Kopenhagen Sәnədinin 7.5 və 7.6 bəndlərinə və Avropa İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsinə ziddir. 






 Seçkiqabağı təşviqat 






Bu ilki seckilərin birinci mərhələsində siyasi partiya və bloklardan xeyli sayda namizədin qeydiyyata alınmaması nəticəsində hakim partiya olan YAP istisna olmaqla digərləri təşviqat dövründə pulsuz efir vaxtını əldə etmək hüququnu itiriblər. Bundan sonra YAP  təktərəfli təşviqat aparmayacağını bəyan edərək əldə etdiyi hüquqdan imtina edib. Eyni hal 2010-cu il parlament seçkiləri dövründə baş versə də  MSK  qərarı ilə qeydiyyatdan keçmiş hər namizədə İctimai Televiziya və Radioda bir dəfə 4 dəqiqəlik pulsuz efir vaxtı verilmişdir. Bu il isə belə bir qərar olmadı və beləliklə ödənişsiz təşviqat üçün şərait yaradılmadı. 






İTV pullu efir vaxtının qiymətini reklam qiymətinin maksimum həddindən də çox yüksək müəyyən edib və nəticədə müəyyən edilən qiymətdən heç bir namizədin istifadəsi mümkün olmayıb. Özəl teleradio şirkətləri isə seçki prosesində namizədlərə pullu vaxt ayırmaqdan imtina edib, təşviqat prosesindən kənarda qalıblar. Rəsmi qəzetlər də namizərlərə ödənişsiz yer ayırmaqdan imtina ediblər. Beləliklə, 22 günlük təşviqat dövrü mediada tam susqunluqla izlənmişdir.






Çap mәtbuatının ümumilikdә televiziyaya nisbәtәn daha geniş şәkildә fәrqli baxışlara yer vermәsinә baxmayaraq, dövlәt tәrәfindәn mailiyyәlәşәn qәzetlər hökumәtә açıq dәstәk vermişlәr. MSK dövlәtin maliyyәlәşdirdiyi mәtbuat orqanlarının xәbərləri balanslaşdırılmamış şəkildə işıqlandırılmasına qarşı hәr hansı effektiv vasitənin tətbiq edilməsi üçün tədbir görməmiş vә bununla da ATӘT-in 1990-cı il Kopenhagen Sәnədinin 7.8-ci müddәasında әksini tapmış öhdәliklәrә zidd olaraq namizədlәr vә siyasi partiyalar üçün bәrabәr imkanların yaradılmasını təmin etməmişdir.


MSK seckiqabağı təşviqat dövründə namizədlərin seçicilərlə gürüşməsi və toplantılar keçirməsi üçün hər bir seçki dairəsi üzrə 1 açıq və 1 qapalı olmaqla cəmi 250  yerin siyahısını müəyyənləşdirib. Lakin 2010 parlament seçkilərində  2676 yer açıq və 2254 yer qapalı olmaqla cəmi 4930 yer ayrılmışdır. Beləliklə, 2010-cu ildəki vəziyyətlə müqayisədə  təxminən 10 dəfə imkanlar məhdudlaşdırılmışdır.  






Əvvəlki parlament seckilərindən fərqli olaraq,  hazırkı seçkilər dövründə siyasi partiyaların yürüş-mitinqlər keçirməsi mumkun olmayıb. Ölkə üzrə yalnız 1 dəfə 25 oktyabr 2015-ci il tarixdə Bakı şəhərində yerləşən "Məhsul” stadionunda Musavat Partiyası 15 saylı Yasamal birinci seçki dairəsi üzrə namizədi İsa Qəmbərin seçicilər ilə görüşü üçün mitinq keçirib.






Sekiqabağı təşviqat kampaniyasının gedişində namizədlərə munasibətdə bərabərlik prinsipinin pozulması, habelə təzyiq halları barədə maraqlı tərəflərin müraciətləri və müşahidəcilərin rəyləri qeydə alınmışdır. Belə ki, inzibati və maddi resurslardan sui-istifadə halları, namizədlərə bərabər imkanların yaradılmaması, seçkiqabağı təşviqat dövründə seçki iştirakçılarına, xususən də namizədlərə təzyiq halları qeydə alınıb. 






Bu cür hallar əsasən namizədlərin görüşü zamanı seçicilərə qarşı, habelə namizədlərin təşviqat materiallarının yapışdırılması ilə bağlı olub. Bu isə Seçki Məcəlləsinin 55-ci maddəsinin tələblərinin pozulmasıdır. Həmçinin təşviqat dövründə məlumat lövhələrində, yol kənarlarında, xüsusi mülkiyyətdə olan obyektlərdə və digər yerlərdə namizədlərə aid təşviqat materiallarının məhv edilməsi barədə hallarda olmuşdur.


Beləliklə seçkiqabağı təşviqat prosesində siyasi azadlıqların, xüsusi ilə söz və mətbuat azadlığı və sərbəst toplaşmaq azadlığının təmin olunması yönündə irəliləyişlər olmamışdır. Seçkiqabağı təşviqat prosesi yerli icra və bələdiyyə orqanlarının seçki prosesinə mudaxilələri, inzibati resurslardan istifadə halları, namizədlər arasındakı bərabərlik prinsipinin pozulması ilə muşayiət olunmuşdur. 






Bununla da seckiqabağı təşviqat prosesinin qarşıduran siyasi tərəflərin acıq, ədalətli və bərabər rəqabət şəraitində keçirilməsi imkanları itirilmişdir.


 


 


Müşahidəçilər:






Yerli müşahidəçilər






MSK-nın rəsmi məlumatına görə onun tərəfindən ölkə üzrə 2619 yerli müşahidәçi və DSK tərәfindən 63000 müşahidəçi qeydiyyata alınıb. Әn böyük yerli müşahidə təşkilatlarından biri kimi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) məruz qaldığı basqılar nəticəində bu ilki seçkilərin müşahidəsindən kənarda qalmışdır. Beləki, SMDT-nin sədri Anar Məmmədli son prezident seçkilərindən sonra ağır ittihamlarla həbs olunub. Lakin, yerli və beynəlxalq ictimaiyyət onu siyasi və vicdan məhbusu kimi tanımışdır. Həmçinin vətəndaş cəmiyyətinin üzləşdiyi ciddi huquqi-siyasi problemlər səbəbilə seçkilərə dair təcrübəsi olan yerli QHT-lər də bu seçkiləri müşahidə etməkdən məhrum olmuşdur. 






MSK tərəfindən exit-poll keçirmək üçün 4 təşkilat qeydiyyata alınmışdır. Lakin ictimai rəydə həmin qurumların keçirdiyi sorğunun obyektivliyinə ciddi şübhələr vardır. Qeydə alınma zamanı tərəfimdən qaldırılan əsas 3 - "exit-poll”un keçirilməsinə ayrılan maliyyənin mənbəyi və şəffafliğı, bir də icra edəcək şəxslərin necə cəlb olunması haqqında sual və tələbimə hec bir cavab verilməmişdir. Bu da prosesin şəffaflığı və nəticələrinə göstəriləcək etimada öncədən ciddi şübhə yaradırdı. Nəticələr də proqnozlaşdırıldığı kimi öz təsdiqini tapdı.






Beynəlxalq müşahidəçilər 






MSK-nın rəsmi rəqəminə görə 28 nəfərlik AŞPA missiyası da daxil olmaqla, adı geniş ictimaiyyətə bəlli olmayan 40 təşkilatdan, 57 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi seçkiləri müşahidə edib.






Beynəlxalq  miqyasda seçkilərə dair əsas mandatı olan ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri 400 nəfərlə müşahidə etmək istəsə də, Azərbaycan Hökumətinin irəli sürdüyü şərtlər sonradan onların müşahidə etməsindən imtinaya səbəb olmuşdur. ATƏT Parlament Assambleyası da DTİHB-nun mövqeyini dəstəkləyərək müşahidə missiyası göndərməkdən imtina etmişdir. 






Həmçinin Avropa Parlamenti  Azərbaycandakı siyasi vəziyyəti və insan haqları problemlərinə diqqət çəkməklə daha öncə qərar çıxararaq Avropa Birliyinin rəsmi strukturlarını müşahidə missiyası göndərməkdən çəkinməyə çağırmışdır.


Beləliklə Azərbaycanda bu ilki parlament seçkiləri ilk dəfədir ki, dünyada seçki müşahidəçiliyi üzrə əsas mandatı olan beynəlxalq müşahidəçilərsiz keçirilmişdir.






Seçki günü 






Səsvermə günü çoxsaylı müşahidəçi, komissiya üzvü, maraqlı tərəflərin nümayəndələi, KİV-əməkdaşlarından aldığım məlumatlar əsasında aşağıda qrup halında göstərilən pozuntular  9, 10, 11, 12, 15, 17, 18, 21, 22, 23, 30, 31, 33, 34, 35, 40, 41, 42, 43, 44, 46, 55, 59, 61, 63, 67, 68, 69, 71, 77, 79, 85, 87, 95, 96, 107, 115, 120  saylı seçki dairələri də daxil olmaqla əksər seçki dairələri üzrə baş vermişdir:






• Müxtəlif marşrut avtobuslarının, şəxsi və dövlət avtomobillərinin "karusel əməliyyatı” üçün istifadə olunaraq adam gətirdilib dairə üzrə nəticələrdə lider göstərilən namizədə səs verdirilməsi; 


• Seçicilərin barmaqlarının ultrabənövşəyi şüalar vasitəsilə yoxlamanın aparılmaması və mürəkkəblərin barmaqlara vurulmaması;


• MnSK üzvləri və sədrlərinin, həmçinin müşahidəçilərin seçiciyə kimə səsverməsi barədə göstəriş verilməsi halları;


• MnSK üzv və sədrlərinin, həmçinin müşahidəçilərin topa halda seçki bülletenlərinin seçki qutusuna atmaları halları;


• Bir seçicinin bir neçə seçici adından səs verməsi halları;


• Müşahidəçilərin qanunsuz səs verməsi halları;


• İstifadə olunmamış bülletenlərin bir qisminin ləğv edilməməsi və lider göstərilən namizədin xeyrinə seçki qutusuna atılması halları;


•  Səsverməyə gələnlərin iştriak %-nin şişirdilməsi halları;


• Eyni adamın təkrar səsverməsi halları;


• Müşahidəçilərə qarşı təzyiqlərin edilməsi, çəkiliş aparmağa imkan verilməməsi;


•  DSK ərazisində qeydiyyatı olmayan, başqa rayon sakinlərinin səsverməsi halları;


• Müşahidəçilərə səsvermənin gedişini normal müşahidə etmək prosesini aparmaq imkanlarının MnSK sədrləri tərəfindən yaradılmaması halları;


• Səsvermə günü icra strukturları və bələdiyyənin vəzifəli şəxslərinin, ali və orta məktəb direktrorlarının qanunsuz təşviqatla məşgul olması və səsverməyə gələnlərə həmin dairə üzrə lider göstərilən namizədə səs vermələri üçün təsir etməsi halları;


• Səslərin sayılması zamanı çoxsaylı müşahidəçilərin məntəqələrdən zorla çıxarılması halları, səslərin fasiləsiz və düzgün sayılmaması, yekun protokolların məntəqələrdə yazılmaması və surətlərinin müşahidəçilərə verilməməsi və ya DSK-da lider göstəriləcək namizədin xeyrinə şişirdilmiş rəqəmlər düzəldikdən sonra verilməsi və s. hallar baş vermişdir.






Seçki günü baş verən pozuntuların təsdiq olunması halları yerli müşahidə missiyasını həyata keçirən Demokratik Təşəbbülər İnstitutunun (İDİ) ilkin rəyində əks olunan aşağıdakı məlumatlarda da öz əksini tapmışdır.


01 noyabr 2015-ci il tarixli Parlament seçkilərində İDİ səsvermə prosesində müxtəlif növ seçki hərəkətlərinin Seçki Məcəlləsinin tələblərində nəzərdə tutulduğu kimi deyil, pozuntularla müşayiət olunmasını aşağıdakı formada qeydə alıb:






• Seçki məntəqələrinin 45,4%-də MnSK üzvü səsvermə otağının girişində seçicinin şəxsiyyətini təsdiq edən müvafiq sənədi sona qədər ciddi yoxlamayıb.


• 46,4% seçki məntəqəsində MnSK üzvü səsvermə otağının girişində ultrabənövşəyi lampa vasitəsilə seçicinin sol əlinin baş barmağının mürəkkəblə işarələndiyini yoxlamayıb.


• Barmağının mürəkkəblə işarələnməsini yoxlatdırmaqdan imtina edən seçicilər 29,9% seçki məntəqəsində səsvermə otağına buraxılıb.


• 25,8% seçki məntəqəsində səs vermək üçün MSK-nın müəyyənləşdirdiyi müvafiq sənədlərdən başqa digər sənədlərlə səsvermə halı müşahidə olunub.


• 48,5% seçki məntəqəsində seçicinin sol əlinin baş barmağının mürəkkəblə işarələnməməsi halları müşahidə olunub.


• Barmağının mürəkkəblə işarələnməsinə razı olmayan seçicilərə səsverməyə icazə verilməsi hallarına 29,9% seçki məntəqəsində rast gəlinib.


• 42,4% seçki məntəqəsində seçki bülleteninin nömrələnmiş yuxarı sol küncünün qabaqcadan kəsilməsi halı müşahidə olunub.


• Seçki məntəqələrinin 42,2%-də seçicinin seçki bülleteni alması haqqında seçici siyahısında adının qarşısında imza qrafasında imza atmaması hallarına rast gəlinib.


• 48,4% seçki məntəqəsində seçicinin seçki bülleteni alması haqqında seçici siyahısında başqasının adının qarşısında imza qrafasında imza atması hallarına rast gəlinib.


• Seçki məntəqələrinin 48,4%-də səsvermənin gizliliyinin pozulması halı müşahidə olunub.


• 51,5% seçki məntəqələrində başqasının əvəzinə səsvermə halı müşahidə olunub.


• Bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin atılması halı 63,9% seçki məntəqəsində müşahidə olunub.


• 42,2% seçki məntəqəsində seçicinin iradəsinə təsir etmə hallarına rast gəlinib.


• 40,2% seçki məntəqəsində səsvermə kabinəsinə birdən artıq şəxsin daxil olması hallarına rast gəlinib.


• Seçki məntəqələrinin 29,9%-də polis seçki məntəqəsindən azı 100 metr  aralıda dayanmalıdır prinsipinə əməl olunmayıb.


• 18,5% seçki məntəqəsində səsvermə otağında seçici qismində istisna olmaqla polis əməkdaşlarına rast gəlinib.


• Səsvermə otağında MSK və ya DSK tərəfindən verilmiş müvafiq lövhəciyi olmayan şəxslərə (seçicilər istisna olmaqla) 44,3% seçki məntəqəsində rast gəlinib.






Səslərin sayılması 






İDİ-nin müşahidəçiləri səslərin sayılması zamanı prosesin keyfiyyətinə təsir edən ciddi qanun pozuntularını qeydə alıblar. Pozuntuları aşağıdakı kimi qruplaşdırılıb:






• 35% seçki məntəqəsində səslərin hesablanması hərəkətlərinin hamısı səsvermə otağında həyata keçirilməyib.


• Seçki məntəqələrinin 33%-də seçki qutuları, seçici siyahıları və digər seçki materialları səslərin hesablanması başa çatanadək səsvermə otağında qalmayıb.


• 20,6% seçki məntəqəsində səslərin sayılmasının  komissiya üzvlərindən başqa hər hansı başqa şəxs tərəfindən aparılması hallarına rast gəlinib.


• Seçki qutuları açılmazdan əvvəl MnSK üzvləri tərəfindən aşağıdakılar müəyyən edilməyib:


 Seçici siyahısındakı seçicilərin sayı - 36,0% seçki məntəqəsində


 Əlavə seçici siyahısında olan seçicilərin sayı - 58,8% seçki məntəqəsində


 Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsilə səs vermiş seçicilərin sayı - 59,8% seçki məntəqəsində Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi almış seçicilərin sayı -63,9% seçki məntəqəsində


 Məntəqə üzrə seçicilərin ümumi sayı - 39,2% seçki məntəqəsində


 DSK tərəfindən verilmiş seçki bülletenlərinin sayı - 44,5% seçki məntəqəsində


 Seçki bülleteni almış seçicilərin sayı - 52,6% seçki məntəqəsində


 Səsvermə otağından kənarda səs vermiş seçicilərin ərizələrinin sayı - 55,7% seçki məntəqəsində


 Səsvermə otağından kənarda səs verən seçicilərə verilmiş seçki bülletenlərinin sayı - 54,6% seçki məntəqəsində


 Istifadə edilməmiş seçki bülletenlərinin sayı - 44,3% seçki məntəqəsində


 Korlanmış seçki bülletenlərinin sayı - 49,5% seçki məntəqəsində


• 85,6% seçki məntəqəsində karbonlaşmış (əsas) protokolun 1- 6- cı bəndləri qutular açılmamışdan doldurulmalıdır prinsipinə əməl olunmayıb.


• Seçki məntəqələrinin 52,6%-də qutular açılmamışdan kilidlər yoxlanmayıb və fərdi nömrələr elan olunmayıb.


• 48,5% seçki məntəqəsində səslərin hesablanması ümumi hesablanma prosesinə yekun vurulanadək fasiləsiz aparılmalıdır prinsipi ilə aparılmayıb.


• 18,6% seçki məntəqəsində səslərin sayılmasının  səs vermə otağından kənarda baş verməsi halına rast gəlindi.


• Seçki məntəqələrinin 55,7%-də səslərin sayılması müşahidəçilərin müşahidəsi altında baş verməyib.


• 24,8% seçki məntəqəsind səslərin sayılması zamanı bülletenlərin qarışdırılması, dəyişdirilməsi və ya üzərinə işarə qoyulması halına rast gəlindi.


• 74,2% seçki məntəqəsində səslərin hesablanması namizədlərin aldığı real səslərə uyğun hesablanmadı.


• 68,0% seçki məntəqəsində karbonlaşmış protokollar səsvermə otağında tərtib olunmadı. 


• 72,1% seçki məntəqəsində protokolun təsdiq olunmuş surətini müşahidəçilərə əldə etməyə imkan yaradılmadı.


• Seçki məntəqəsinin 33,0%-də əsas protokollar səs vermə otağında yazılmadan  seçki sənədlərinin otaqdan çıxarılması halına rast gəlindi.


• 90,8% seçki məntəqəsində protokolun imza və möhürlə təsdiq olunmuş bir nüsxəsi divardan asılmadı. 


• 15,5% seçki məntəqəsində səslərin sayılması və protokolların yazılmasına kənar şəxslərin müdaxiləsi müşahidə olundu 


• 33,0% seçki məntəqəsində MnSK sədri və komissiya üzvlərinə kənar şəxslərin göstəriş vermə halı müşahidə olundu. 






Nəticələrlə bağlı şikayətlərin arşadırılması






Çox təəssüflə qeyd etməliyəm ki seçkilərin nəticələrinin dairələr üzrə mübahisələndirilməsinə dair  9, 10, 11, 12, 15, 17, 18, 21, 22, 23, 30, 31, 33, 34, 35, 40, 41, 42, 43, 44, 46, 55, 59, 61, 63, 67, 68, 69, 71, 77, 79, 85, 87, 95, 96, 107, 115, 120 saylı seçki dairələri də aid olmaqla daxil olan seçki dairələr üzrə şiakayətlərin böyük əksəriyyəti ətraflı, obyektif və qərəzsiz araşdırılmadan, təmin edilməmə istiqamətində qərarlar qəbul olundu. İddiaçılar həmin DSK və MnSK-lardan şikayət etsə də MSK özü araşdırmaq əvəzinə göstərilən pozuntuların təkzib olunması istiqamətində araşdırmaları DSK-lara həvalə etdi və nəticə etibarilə yuxarı instansiya kimi öz funksiya və səlahiyyətlərinə uyğun davranmadan, DSK-ların özləri ilə bağlı iddiları təkzib edən çoxsaylı izahatlar toplamasına rəvac verdi və nəticə etibarilə iddiaçıların şikayətlərinə obyektiv baxılmadı. Bu isə bir komissiya üzvü olaraq məndə qeyd olunan seçki dairələrində seicilərin iradəsinin ifadə olunması haqqında rəyə dair ciddi şübhə yaradır və hesab edirəm ki, əslində həmin şikayətlərin təmin olunması üçün ciddi araşdırmalar aparılsaydı nəticələrin seçicilərin iradəsini ifadə etmədiyinə dair tutarlı əsasların ortaya çıxacağı bəlli olardı. Misal üçün 35 saylı Xətai seçki dairəsi üzrə rəsmi möhürlənmiş protokolların ortada olmasına baxmayaraq bu qədər qanunsuzluq edib aşkar faktlara göz yumulması şikayətlərin necə araşdırılmasını aydın ifadə edir.






Seçkilərin yekununa dair       


   


Yekun olaraq bildirmək istəyirəm ki,  2015-cü il növbəti Parlament seçkiləri həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət üçün əvvəlki qədər maraq kəsb etmirdi. Təəssüfələr ki, davamlı gözləntilərin doğrulmaması belə bir marağın olmamasına gətitib çıxarmışdır. Baş vermiş proseslər onu göstərdi ki, Azərbaycanda keçən seçkilər həm ölkə ictimaiyyəti, həm siyasi partiyalar, həm də beynəlxalq təşkilatlar tərəfindən beynəlxalq standartlara, Azərbaycanın götürdüyü öhdəliklərə cavab verən seçki adlandırılmasına gətitib çıxarmadı. Bu da həm ölkə vətəndaşı kimi, həm də MSK-üzvü kimi məni ciddi narahat edir və məndə dərin təəssüf hissi yaradır. Və nəticə etibarilə yuxarıda sadalananları nəzərə alaraq seçkilərin yekunlarına dair aşağıdakı rəyimi ifadə edirəm:


• Parlament seçkisi dövründə seçkiqabağı mühit azad və demokratik seçkilər keçirməyə imkan verməyib, siyasi azadlıqlar, xüsusən də söz və mətbuat azadlığı, birləşmək və sərbəst toplaşmaq azadlığı istiqamətində çatışmazlıqlar aradan qalxmayıb 


• Parlament seçkisində namizədlərin irəli sürülməsi, qeydə alınması istiqamətində və seçkiqabağı təşviqat kampaniyasında qarşıduran siyasi tərəflər, o cümlədən namizədlər arasında bərabər və rəqabətli siyasi şərait təmin olunmayıb.


• Parlament seçkisinin bütün məhələlərində seçki iştirakçılarına, xüsusən də namizəd və onun tərəfdarlarına, seçicilərə, müşahidəçilərə qarşı təzyiq və təhdidlər qeydə alınıb.


• Yerli və beynəxalq təşkilatların Seçki Məcəlləsinin təkmilləşdirlməsi yönündə tövsiyyələri nəzərə alınmayıb.


• Parlament seçkisi günü ölkə üzrə seçki məntəqələrində səsvermə zamanı ciddi qanun pozuntuları, xüsusən də bir şəxsin bir neçə dəfə səs verməsi, adları seçici siyahısında olmayan seçiclərin səsvermədə iştirakı qeydə alınmış, seçicilərin fəallığı şişirdilmiş, səslərin sayılması və protokollaşması zamanı ciddi qanun pozuntularına yol verildiyindən səsvermənin nəticələrinə dair açıqlanan rəqəmlər ciddi şübhə doğurub.


• Beləliklə, Parlament seçkisinin bütün mərhələrində qeydə alınmış qanun pozuntuları və seçkiqabağı siyasi mühit bərabər rəqabət imkanlarını yaratmamış, seçkilər Azərbaycan Respublikasının milli qanunvericliyi və beynəlxalq standartların pozulması şəraitində baş tutaraq, azad, ədəlatlı, şəffaf və demokratik hesab oluna bilməz.


• Yuxarıda sadalanan səbəblərə görə 01 noyabr 2015-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin ümumi yekunu haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokoluna imza atmıram.






A.Y.Qurbanov


Tarix  18 noyabr 2015-ci il"


Teqlər:
Bu xəbər cəmi 2505 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR