Bəzən ödəniş terminallarında yaranan yubanmalar vətəndaşların işini də ləngidir.
“Qafqazinfo”nun məlumatına görə, “Xəzər Xəbər” belə halların son günlər artmasının səbəblərini araşdırıb.
Son günlər ödəniş terminallarında ləngimələrin baş verməsi diqqət çəkir. Ödəniş terminalları ilə hayata keçirilən bəzi əməliyyatlar uğursuz alınır. Çıxan qəbzdə edilən ödənişin aidiyyatı hesaba çatmadığı bildirilir.
Baxmayaraq ki, şirkətlər sistemdə hər hansı nasazlıq və ya ciddi texniki problem olmadığını bildirir. Bəs əməliyyat uğursuz olduqda müştəri nə etməlidir? Ödədiyi pulu necə geri qaytara bilər, yaxud da ünvanına çatması üçün nə etməlidir?
Şirkət nümayəndəsi bildirir ki, ilk olaraq 24 saat fəaliyyət göstərən qaynar xəttə zəng etmək lazımdır.
Bunun üçün terminaldan çıxan qəbz də saxlanılmalıdır. Çünkü yalnız bu şəkildə əməliyyatın uğurlu ya da uğursuz alındığını sübut etmək olar.
Ödənişlə bağlı yaranan problemlərdə bölgələrlə müqayisədə Bakıdan daxil olan müraciətlər daha çoxdur. Çünki paytaxda ödənişlər daha çox olduğundan yaranan çatışmazlıqlar da daha çox burda baş verir.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.