Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Seul Bəyannaməsi qəbul edildi

Seul Bəyannaməsi qəbul edildi


Noyabrın 17-də Koreya Respublikasının paytaxtı Seul şəhərində Asiya və Sakit Okean Ölkələri Xəbər Agentliklərinin (OANA) İcraiyyə Komitəsinin 39-cu iclası işini yekunlaşdırıb.



AZƏRTAC xəbər verir ki, bağlanış mərasimindən əvvəl Komitənin texniki toplantısında təşkilata sədrlik edən Rusiyanın TASS informasiya agentliyi tərəfindən OANA-nın saytının idarə olunması, tətbiq edilən yeniliklər barədə məlumat verilib. Təşkilatın saytının daha da tanıdılması üçün görülən işlərdən danışan TASS-ın İT direktoru Mixail İvanov OANA xəbərlərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iş aparıldığını və bu məsələdə üzv agentliklərin iştirakının vacib olduğunu qeyd edib.



İclasın bağlanış mərasimində çıxış edən Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Park No-hvanq müzakirələrin səmərəli keçdiyini vurğulayaraq bu görüşün təşkilatın fəaliyyətinə və agentliklərin əməkdaşlığına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.



Bağlanış mərasimində çıxış edən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov OANA-nın müasir texnologiyaların xəbər agentliklərinin fəaliyyətinə təsiri məsələlərinə diqqət yetirməsinin vacib bir addım olduğunu bildirib. O qeyd edib ki, sosial medianın, mobil texnologiyaların sürətli inkişafı xəbər agentliklərinin yeniliklərə hər an hazır olmağını zəruri edir. “Biz sosial mediadan və mobil texnologiyalardan ən çevik şəkildə istifadə etməliyik ki, xəbərlərin cəmiyyətə vaxtında çatdırılmasına nail olaq. Cəmiyyətin hansı mənbəni seçməsi isə bizim səmərəli fəaliyyətimizdən asılı olacaq. Amma biz dəyişilməz qalan əsas prinsipi daim rəhbər tutmalıyıq – bu, dəqiq və keyfiyyətli xəbərlərin yayılmasıdır”, - deyə A.Aslanov vurğulayıb.



Baş direktor toplantı iştirakçılarını gələn ilin noyabrında Bakıda OANA-nın XVI Baş Assambleyası və Dünya Xəbər Agentliklərinin 5-ci Konqresinə dəvət edərək bu tədbirlərin dəyişən medianın aktual məsələlərini müzakirə etmək üçün yaxşı platforma olacağına əminliyini bildirib.



Sonra OANA-nın Seul Bəyannaməsi qəbul edilib. Sənəddə qeyd olunur ki, OANA-nın üzvləri operativ və dəqiq xəbər çatdıran informasiya agentlikləri kimi etibarlığını qorumaqla əməkdaşlığı davam etdirəcək, işçi və təcrübə mübadiləsini genişləndirəcəklər.



 



 Seul Bəyannaməsi qəbul edildi


Teqlər:
Bu xəbər cəmi 1285 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR