Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Əmlak qeydiyyatında yeni dövr başlayır

Əmlak qeydiyyatında yeni dövr başlayır


Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı sahəsində mühüm yenilik baş verib. Bundan sonra daşınmaz əmlakların yeni sahiblərinin adına rəsmiləşdirilməsi avtomatik həyata keçiriləcək.



Daşınmaz əmlakın təkrar qeydiyyatını inanılmaz dərəcədə sadələşdirən bu yenilik Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən istifadəyə verilən “Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət” sayəsində mümkün olub.



Müqavilə onlayn göndəriləcək



Yeni xidmət notariuslarda bağlanan əmlak alqı-satqı müqavilələrinin onlayn rejimdə birbaşa olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) göndərilməsini nəzərdə tutur. “Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət” nəticəsində alqı-satqı müqavilələri notariusdan onlayn formada birbaşa DƏDRX-ə göndərildiyinə görə, vətəndaşların sənədləşmə üçün yenidən ərazi qeydiyyat idarəsinə gəlməsinə ehtiyac qalmayıb. Yəni, alqı-satqıdan sonra vətəndaşların müqaviləni DƏDRX-ə aparmasına ehtiyac qalmayacaq. İndi əmlakın yeni sahibi qeydiyyat idarəsinə cəmi 1 dəfə – öz adına olan çıxarışı – “kupça”nı götürməyə gedəcək.



Özü də bu, təkcə əmlakın alqı-satqısına deyil, vərəsəlik, bağışlanma və digər hallara da aiddir. Başqa sözlə, notariat kontorlarında daşınmaz əmlakın alqı-satqısı, vərəsəlik, bağışlanma və s. əməliyyatlar zamanı bağlanan müqavilə notariusdan birbaşa DƏDRX-in ərazi idarəsinə göndəriləcək və əmlak avtomatik olaraq öz yeni sahibinin adına qeydiyyatdan keçəcək. Nəticədə, vətəndaş DƏDRX-ə cəmi bir dəfə - çıxarış götürməyə gedəcək. Bu yenilikdən sonra daşınmaz əmlakın qeydiyyatının daha da sadələşəcəyini, qeydiyyat prosedurlarının minimuma enəcəyini, vaxt itkisi və əlavə müraciətlərin aradan qalxacağını demək artıqdır.





5 addımdan 2 addıma



ƏMDK-nın mətbuat xidməti Qulu Xəlilovun sözlərinə görə, ümumiyyətlə, son illər komitənin apardığı məqsədyönlü tədbirlər, o cümlədən elektron və onlayn xidmətlərin aktiv surətdə tətbiqi nəticəsində qeydiyyat prosesi tanınmaz dərəcədə sadələşib: “Müqayisə üçün bildirək ki, əvvəllər alqı-satqı prosesi üçün vətəndaşlar 4 mərhələdən keçməli olurdular. Belə ki, ilk növbədə əmlakın sahibi onun yüklü və ya həbsdə olub-olmaması barədə məhdudiyyət arayışı almaq üçün ərazi idarəsinə müraciət etməli, ikinci mərhələdə bu arayışı ərazi idarəsindən almalı, üçüncü mərhələdə tərəflər notariusda alqı-satqını həyata keçirməli, dördüncü mərhələdə əmlakın yeni sahibi əmlakı öz adına rəsmiləşdirmək üçün alqı-satqı müqaviləsini ərazi idarəsinə təqdim etməli, nəhayət, 5-ci mərhələdə əmlakın yeni sahibinin adına çıxarışı götürməli idi. Başqa sözlə, vətəndaş əmlak alqı-satqısında 4-ü DƏDRX və biri notarius olmaqla 5 dəfə müraciət etməli olurdu. 

Son illər atılan addımlar nəticəsində isə bu prosedurların sayı 2-yə enib. Belə ki, 2014-cü ilin aprelindən məhdudiyyət arayışlarının notariat kontorlarında onlayn verilməsinə başlanıb. İndi isə alqı-satqı müqaviləsi ərazi idarəsinə birbaşa göndəriləcək. Nəticədə indi əmlak alqı-satqı prosesi üçün cəmi 2 addım kifayətdir: 1) notariusda alqı-satqı müqaviləsinin imzalanması, 2) əmlakın yeni sahibinin adına olan çıxarışın götürülməsi”. 



Q.Xəlilovun sözlərinə görə, hələ bir neçə il əvvəl Komitənin mütəxəssislərinin apardığı təhlillər göstərmişdi ki, əhali arasında məhdudiyyət arayışları (Forma-1) ilə bağlı xidmətlərə böyük tələbat var: “2014-cü ilin aprelindən etibarən məhdudiyyət arayışlarının onlayn verilməsinə başlandı. Nəticədə alqı-satqı zamanı notariuslar ƏMDK-nın məlumat bazasından istifadə edərək əmlakla bağlı arayışı onlayn qaydada təqdim edirdilər. Bundan sonra alqı-satqı müqaviləsi bağlanılır, vətəndaş isə bu müqaviləni DƏDRX-ə təqdim edərək əmlaka dair öz adına çıxarış əldə edirdi. Amma aparılan təhlillər göstərib ki, xidmətin bu mərhələsinin daha da sürətləndirilməsinə böyük ehtiyac var. Buna görə də, ƏMDK bu sahədə növbəti xidmətə başlayıb”.





Müqavilələr necə onlayn göndəriləcək



Komitənin digər onlayn xidmətləri kimi, haqqında danışılan yeni onlayn xidmət də Daşınmaz Əmlakın Milli Qeydiyyatı Sistemi (MQS) əsasında fəaliyyət göstərəcək. Belə ki, daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı alqı-satqı müqaviləsi bağlandıqdan sonra müqavilə barədə məlumatlar onlayn rejimdə Sistemə ötürülür. Sistemdə avtomatik olaraq daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ərizənin nömrəsi və çıxarışın hazır olma tarixi bəlli olur. Bu barədə vətəndaşa elektron və kağız formada bildiriş verilir.



Ödənişlər onlayn olacaq



Yeni onlayn xidmətdən istifadə zamanı dövlət rüsumu və xidmət haqqını da onlayn qaydada ödəmək mümkündür. Ümumiyyətlə, ödənişləri bank, elektron hökumət portalı, ödəniş terminalları vasitəsilə aparmaq olar. Alqı-satqı zamanı isə ərizəçi birbaşa notariat kontorunda quraşdırılmış onlayn ödəniş terminallarında ödənişlər edə bilir. Yəni ödəniş etmək üçün əlavə yerə getməyə ehtiyac qalmır.



Qeydiyyatdan yayınmaq problemi həll ediləcək



 



Komitə rəsmisinin yikrincə, Yeni onlayn xidmət təkrar daşınmaz əmlak bazarında aktivliyi artıracaq, alqı-satqı proseslərinin daha operativ həyata keçməsini təmin edəcək: “Alqı-satqıların az qala avtomatik baş verməsi və vaxt itkisinin aradan qalxması əmlak sahiblərini daha çevik qərar verməyə həvəsləndirəcək. Amma bu məsələnin yalnız bir tərəfidir. Alqı-satqı müqavilələrinin avtomatik olaraq qeydiyyat idarəsinə göndərilməsi əmlak bazarında çoxdan bəri mövcud olan digər problemin həllinə səbəb olacaq. Belə ki, bəzi hallarda alqı-satqıdan sonra əmlakın yeni sahibi əmlakı öz adına rəsmiləşdirməyə tələsmirdi. Nəticədə həmin əmlak faktiki olaraq dövriyədən kənarda qalır, onunla əməliyyatların aparılması, o cümlədən vərəsəliyə ötürülməsi çətinləşirdi. Bəzi hallarda bu, sadəcə məsuliyyətsizlik səbəbindən baş verirdi. Bəzi hallarda isə əmlakın yeni sahibi bilərəkdən əmlakı öz adına rəsmiləşdirməyə tələsmirdi. Bu isə müəyyən vəziyyətlərdə mənfi hallara səbəb olurdu. ƏMDK-nin yeni xidməti ilə qeydiyyatın avtomatik həyata keçirilməsi belə halların qarşısını almağa da imkan yaradacaq”.


Teqlər:
Bu xəbər cəmi 1130 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR