Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Bu məmurlar həm də ona görə harınlayıb cızıqlarından çıxırlar ki...”

“Bu məmurlar həm də ona görə harınlayıb cızıqlarından çıxırlar ki...”
"Qəbul olunan bir çox qanunların kağız üzərində qalması fəlakətdir və bu fəlakət “MTN işi” kimi faciələrin ortaya çıxmasına səbəb olur"

Moderator.az-ın 2 il öncə imzalanmasına baxmayaraq qəsdən "yoxa çıxarılmış" "İctimai iştirakçılıq haqqında" prezident fərmanını "taparaq" (həmin yazını bu linkdən oxumaq olar---moderator.az/news/106094.html)  mövzunu yenidən ictimailəşdirməsi cəmiyyətdə ciddi rezonans doğurub.


 


Millət vəkili Fazil Mustafa, təhsil eksperti Etibar Əliyev məsələnin aktuallığını bildirməklə yanaşı Moderator.az-a bu tapıntısına görə minnətdarlıq ediblər və Fazil Mustafa parlamentin ilk iclaslarının birində məsələni yenidən Milli Məclis tribunasından səsləndirəcəyini də bildiurib.


 


İndi isə daha bir tanınmış ziyalı, media eksperti, professor Qulu Məhərrəmli də məsələyə münasibət bildirərək prezidentin bu cür qərarlarını qəsdən it-bata salanları ittiham edib:


 


"İstənilən cəmiyyət üçün ictimai nəzarətin olması həmin cəmiyyətin diri qalması, həyatın müxtəlif sahələrindəki mövcud nöqsanların üzə çıxarılması, problemlərin həllinə ölkə ictimaiyyətinin cəlb edilməsi baxımından çox vacibdir. Baxın, ətrafımızda milli inkişafı əngəlləyən, dövləti düşüncəyə zərbə vuran, ictimai əxlaqı pozan nə qədər problemlər var. Həmin problemlərin əksəriyyətini öz yerində olmayan, dövlət düşüncəsindən uzaq, milli ideallara xəyanət edən, yalnız öz şəxsi  firavanlığı üçün çalışan rüşvətxor məmurlar yaradır. Bu məmurlar həm də ona görə harınlayıb cızıqlarından çıxırlar ki, üzərlərində xalqın nəzarəti yoxdur, hamısı rüşvət zəncirləri ilə bir-birlərinə bağlıdır və yaxşıca himayə olunurlar.


    


Ona görə də ölkədə formal deyil, gerçək və təsirli ictimai nəzarətin olması çox vacibdir. Bu səbəbdən də, biz son illərdə prezident İlham Əliyevin dilindən "ictimai nəzarət olmalıdır” kəlmələrini tez-tez eşidirik. İndi məlum olur ki, dövlət başçısı bu sözləri deyərkən, həm də  iki il əvvəl imzaladığı və çoxlarının günahı üzündən kağız üzərində qalmış “İctimai iştirakçılıq haqqında” tarixi qanuna istinad edirmiş. Görünür, qanunun icrasına cavabdeh olanlar üçün söz başqadır, əməl başqa. Ümumiyyətlə, qəbul olunan bir çox qanunların kağız üzərində qalması fəlakətdir və bu fəlakət “MTN işi”  kimi faciələrin ortaya çıxmasına səbəb olur. Ona görə də fikrimizcə, ölkə idarəçilində ictimai nəzarət sistemi işə düşməlidir, bunun ən yaxşı vasitəsi olan azad mətbuat dirçəlməlidir, bu ölkə rüşvət və korrupsiya bataqlığından çıxmalıdır. Bunun üçün də ictimai nəzarəti reallaşdıra biləcək peşəkar və vicdanlı adamlara yol açılmalıdır".

Teqlər:
Bu xəbər cəmi 1275 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR