Bu gün saat 16:00-dan başlayaraq internetə girişdə problemlər yaranıb. Komputerlə internetə girişdə çətinliklər yaranıb. Nəticədə bir xeyli saytın işi dayanıb. Bunun hansı səbəbdən baş verməsi barədə isə rəsmi məlumat yayılmayıb.
Sosial şəbəkələrdə ölkədə internetin çökməsi ilə bağlı maraqlı məlumatlar yayılıb.
Qaynar.info xəbər verir ki, yayılan məlumatlara görə, Azərbaycanda əsas internet satışını həyata keçirən "Delta Telecom”un Data Mərkəzində yanğın baş verib.
Server otağında baş verən yanğına görə internetin ötürülməsində problem yaranıb.
Məlumatı hadisə yerində olan yanğınsöndürənlər verib və yanan serverlərin bərpa olunması bir neçə gün çəkəcək.
Ehtimal var ki, ölkə ərazisində bir neçə gün internet zəif olacaq.