Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlunun səhhətinin ağırlaşması haqda yayılan xəbərlərə aydınlıq gətirib.
Teatrının mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Qeyd etmək istəyirik ki, Ə. Məmmədoğlu noyabrın 12-də yüksək təzyiq diaqnozu ilə Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib, həkimlərin tövsiyəsi ilə bir neçə gün müalicə alıb. Xəstəxanada müalicə aldığı müddətdə aktyorun səhhəti Mədəniyyət və Turizm Nazirliyi və Akademik Milli Dram Teatrının rəhbərliyinin diqqətində olub, teatrın rəhbərliyi əməkdar artistə baş çəkib, onun vəziyyəti ilə maraqlanıb.
Bu gün aktyorun özü ilə əlaqə yaradılıb, Ələsgər Məmmədoğlu bildirib ki, sağlamlığında narahatlığa səbəb olacaq hal yoxdur, özünü yaxşı hiss edir və bu gün xəstəxanadan evə buraxılması nəzərdə tutulub.
Teatrımızın aktyoru Ələsgər Məmmədoğluna Allahdan can sağlığı arzu edirik. İnanırıq ki, qısa zamanda teatrın tamaşaçılarını öz rolları ilə sevindirəcək”.