Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bir-birlərinə “Rəqsanə” dedilər

Bir-birlərinə “Rəqsanə” dedilər
ADP sədri Sərdar Cəlaloğlunun xalq şairi Səməd Vurğun barəsində işlətdiyi “dılğır” ifadəsi əməlli-başlı qalmaqala səbəb olub. S.Cəlaloğlu bu ifadəni “Qacar, Nadir şah bu xalqdan ötrü hər şeyə gedib, Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni elan edib” fikrini səsləndirərkən demişdi.


“Şərq” qəzetinin ötən sayında şairin oğlu Vaqif Səmədoğlu, həmçinin qələm əhlinin bir sıra nümayəndələri ADP sədrini bu ifadəyə görə az qala, “topa tutublar”. V.Səmədoğlu bildirib ki, o, Rəqsanə ilə Sərdar Cəlaloğlu arasında heç bir fərq görmür, ona görə də onun işlətdiyi ifadədən təəccüblənməyib: “Allah şou-biznesə lənət eləsin. Onların mikrobları hər şeyə keçib... Sərdar mənim üçün Rəqsanə kimi bir şeydir. Ümumilikdə düşünürəm ki, Sərdar Cəlaloğlu bu ifadəni sifarişlə işlədib. Həmin adamların adını çəkməsəm də, onların varlığından xəbərdaram”.



Sərdar Cəlaloğluna V. Səmədoğlunun dediklərinə cavab verib. Azadlıq qəzetinə açıqlamasında ADP sədri bildirib ki, bu şəxslər məsələnin mahiyyətinə varmadan danışıblar: “Səməd Vurğunun 31 mart qırğınına həsr etdiyi poema ilə bağlı danışanda çox həyəcanlandım. Səməd Vurğunun bu cür mövqe tutması, sifarişlə yazması məni çox əsəbiləşdirmişdi və o söz ağzımdan çıxdı. Sonradan jurnalistdən o ifadəni, həmçinin bir neçə başqa sözü verməməyi xahiş etsəm də, buna əməl etmədilər. Təbii ki, mən o ifadənin ictimailəşməsini istəmirdim. Amma məsələ ondadır ki, Səməd Vurğun minlərlə insanın qırılmasını azadlıq hərəkatı, Şaumyanı da babası kimi təqdim edib. Səməd Vurğun ”26-lar" poemasında Rəsulzadəni alçaq, satqın, vətən xaini adlandırıb. Mən də Səməd Vurğun haqda o sözü demişəm. Kimin sözü daha pisdir? Dünənə qədər 31 mart qırğını haqda ağızdolusu danışanlar indi bu məqamı niyə nəzərə almırlar? Azərbaycan xalqı bu gün ona görə ağı qaradan seçə bilmir ki, bizə qəhrəmanlarımızı düşmən, düşmənimizi qəhrəman kimi təqdim ediblər. Rəsulzadəyə poemasında təhqirlər yağdırıb, Şaumyanı da Azərbaycan xalqının qəhrəmanı kimi təsvir edib.



Əkrəm Əylisli bir kəlmə öz kəndindəki hadisələrdən yazanda düşdülər üstünə, hökumətin sifarişilə az qala, onun tükünü yoldular. Səməd Vurğun ondan qat-qat böyük səhvə yol verib, tapşırıqla poema yazıb, soyqırıma şəxsən rəhbərlik edən Şaumyanı göylərə qaldırıb, buna qarşı mübarizə aparanları düşmən adlandırıb. Nə əcəb, onlar bu məsələdə ikili mövqe tuturlar? Səməd Vurğun “Vaqif” əsərində Qarabağda separatizmlə məşğul olanları göylərə qaldırıb, qanı-canı türk olan, Azərbaycanın parçalanmasına qarşı mübarizə aparan və bu yolda ölən Qacarı isə işğalçı, qaniçən, ədalətsiz biri kimi təqdim edib. Əgər biz ədəbiyyata qiymət veririksə, düzgün qiymət verək, obyektiv yanaşaq. Düşməni müdafiə edənə heykəl qoyuruq, düşmən haqda yazanın isə xalq yazıçısı adını əlindən alırıq, az qalırıq edam edək. Bu ikili standartla həqiqəti tapmaq olmaz. Niyə bu gün məni tənqid edənlər Səməd Vurğunun tarixi təhrif etdiyini, Demokratik Cümhuriyyətin banisini alçaq, satqın adlandırmasını, Şaumyana babam deməsini düşünmürlər?".



S.Cəlaloğlu V.Səmədoğlunun onu Rəqsanə ilə müqayisə etməsinə də münasibət bildirdi: “Məni Rəqsanə ilə müqayisə edir, amma faktiki olaraq Vaqif Səmədoğlunun özü Rəqsanədir. Dədəsi Rəsulzadəni alçaq adlandırmışdı, özü də gəlib Müsavatın Divanında oturdu. Azərbaycan hakimiyyəti bir balaca mandatın ucunu göstərən kimi Müsavatdan çıxıb getdi hökumətin yanına. Rəqsanə belə olur. Səməd Vurğun olmasın, doğma atam olsun, xalqına ciddi ziyan vuranlar haqda öz fikrimi deyəcəm”.


Teqlər:
Bu xəbər cəmi 2320 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR