Ölkədə MTN-lə bağlı verilən qərarlardan sonra mütləq şəkildə bu əməliyyat rayonlarda da davam etdiriləcək
Ölkədə məlum MTN yaxud Eldar Mahmudov məsələsi sözün həqiqi mənasında gündəmi zəbt etməkdədir. MTN-də baş verən olaylar haqqında yazılanlar bütün ölkə kiv-lərinin manşetində diqqəti istər istəməz cəlb edir. Nəhayət dövlətin içində ən yüksək postlarda əyləşib, çiynində general paqonlarını daşıyaraq dövlətə xəyanət edənlər ifşa olundular. Sən demə, onların bu vaxtadək dövlət, dövlətçilik haqqında söylədikləri cəfəngiyyat imiş.
Bu çiyni paqonlu quldurlar, Azərbaycanı bütün dünyada rüsvay etdilər. Təsəvvür edirsinizmi? Dövlətin ən ali orqanı sayılan, yəni dövlətə, milli dövlətçiliyə cavabdeh olmalı şəxslər, sən demə, onun dayaqlarını baltalamaqla məşğul imişlər. Və bu cür hal bölgələrdə də yaşanmaqdadır. Bu məsələlər haqqında ölkə mətbuatında zamanında kifayət qədər məlumatlar dərc olunub. Bu informasıyaların doğru olduğu sonunda sübuta yetirildi. Dövlət başçısının göstərişi ilə nazir işdən kənarlaşdırıldı, xeyli generallar, yüksək rütbəli şöbə rəisləri dəmir barmaqlıqlar arxasına göndərildi. Bölgələrə ciddi nəzarət olunarsa Mahmudovdan daha betərlərinin olduğu da aşkara çıxacaq.
Mahmudovun bölgələrdəki “sağ qolları” hələki ifşa olunmayıb.Mənbənin bildirdiyinə görə, həmin “sağ qollar” indi təlaş içində və özlərini açıq şəkildə biruzə verməkdədirlər.
Son günlər artıq MTN-nin rayon şöbələrində təmizləmə əməliyyatlarına start verilib. Məsələn, dünən 13 noyabr tarixində milli təhlükəsizlik nazirinin vəzifəsini müvəqqəti icra edən şəxsin əmri ilə MTN-nin İsmayıllı şöbəsinin rəisi, MTN-nin Daşkəsən şöbəsinin rəisi, bundan bir neçə gün öncə isə Bakı şəhəri Nərimanov rayon şöbəsinin rəisi vəzifələrindən azad olundular. Bu aqibət daha çoxlarını gözləyir icra başçıları və s.
Rayon şöbələrinin rəisləri ilə bərabər onların müavinləri və əməlliyatçılar da vəzifələrindən uzaqlaşdırılmaları gözlənilir, çünki həmin insanların korrupsiyayla bağlı bir çox cinayətləri aşkarlanıb. Bu paqonlu quldurlar boğazına kimi rüşvət deyilən çirkaba bulaşıblar.
Xəyanət bağışlanmaz cinayətdir. Bu heçdə təsadüf hesab oluna bilməz. Həmin şəxslərə Eldar Mahmudovun çiyni paqonlu quldur dəstəsi adı verilib. İsmayıllıdan dərhal sonra Lənkəranda, Şamaxıda, Ağsuda, Qəbələdə və Ağdamda ciddi yoxlamalar olacaq. İsmayıllı MTN-nində son 7-8 ildə baş verənləri də bunun üstünə gəlsək, onda belə nəticəyə gəlmək olar ki, ölkə MTN-nində Vaxtı ilə Gürcüstan kömrüyündə aparılmış islahatı həyata keçirmək zərurəti yaranır. Yəni bütün sistem istefaya göndərilir və yeni dövlətə komanda formalaşdırılır. Çünki hazırki MTN-çilər, bir çox şəxslərdən təhdid yolu ilə rüşvət alıblar.