Türkiyənin Antalya şəhərində G20 (“böyük iyirmilik”) ölkələrinin liderlərinin iki gün (15-16 noyabr) davam edəcək sammiti öz işinə başlayır.
“Qafqazinfo”nun Anadolu Agentliyinə istinadən məlumatına görə, sədrliyi Türkiyədə olan sammitdə qlobal iqtisadi məsələlər, terrorla mübarizə, qaçqınlara yardım müzakirə olunacaq.
Azərbaycan sammitə Türkiyə tərəfindən fəxri qonaq kimi dəvət olunub. Azərbaycan prezidenti İlham Əliyev və xanımı dünən Türkiyəyə gediblər.
Artıq ABŞ rezidenti Barak Obama da Antalyadadır. Fransa prezidenti Fransua Olland isə ölkəsindəki məlum faciəvi terror aktı ilə əlaqədar iştirakdan imtina edib.
Türkiyə isə öz növbəsində sammitin keçiriləcəyi dövrdə təhlükəsizliyin təmin olunmasına 1,4 min yol polisi və 12 min polis əməkdaşı cəlb edib.