Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Azəriqaz”dan çıxarılan min nəfər işçinin taleyi necə olacaq?

“Azəriqaz”dan çıxarılan min nəfər işçinin taleyi necə olacaq?


Mirvari Qəhrəmanlı: “5 ildən çoxdur ki, hər il struktur islahatları adı ilə minlərlə işçi ixtisara salınır”



 


Xəbər verdiyimiz kimi, Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı və Yasamal qaz istismarı sahələri ləğv edilib.


 


Belə ki, adıçəkilən qurumların bazasında hüquqi şəxs statusuna malik olmayan iki idarə – Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradılıb. Ləğv olunan qurumların işçilərinə isə artıq xəbərdarlıq məktubları paylanılıb.


 


“Azəriqaz” İB-dən verilən məlumata görə, bu dəyişiklikdən sonra işçilərin yeni departamentlərə qəbulu testlə həyata keçiriləcək: “İşçilərin peşəkarlıq səviyyəsi SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamenti tərəfindən şəffaf şəkildə yoxlanılacaq və onlar biliyinə və səriştəsinə uyğun ştat cədvəlində olan vakant yerlərdə işlə təmin ediləcəklər. Keçiriləcək imtahanların nəticəsinə görə əmək münasibətlərinin yeni yaradılan departamentlərdə davam etdirilməsi mümkün olmayan işçilər təhsil və ixtisaslarına uyğun olaraq, Birliyin İdarəetmə Aparatında və digər təşkilatlarında mövcud vakansiyalarda yerləşdiriləcəklər. İşlə təmin olunmayan və ya təkliflə razılaşmayan (sərbəstləşən) işçilərə SOCAR və Azərbaycan Neft-Qaz Sənəyesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq əmr-qərarı ilə müəyyən edilmiş əmək haqqının 5 misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödəniləcək ki, bu müavinətdən vergi tutulmur. Birdəfəlik işdənçıxarma müavinətindən yararlanmayan sərbəstləşən işçilərin isə “SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulması üçün Birlik tərəfindən SOCAR rəhbərliyinə müraciət ediləcək. Artıq 10 noyabr 2015-ci il tarixdən adıçəkilən proqrama qoşulmaq üçün ərizə qəbuluna başlanılıb. Sərbəstləşən işçilər 1 ay müddətində Proqrama qoşulmaq üçün müraciət edə bilərlər. Qeyd edək ki, sərbəstləşmə əsasən idarəetmə aparatının işçilərinə şamil olunacaq”.


 


Onu da qeyd edək ki, adıçəkilən bu proqrama qoşulan işçilərin tibbi sığortası saxlanılmaqla, bir il müddətində əmək haqqının 50 faizi ödənilir və həmin müddətdə vakant iş yerləri ilə təmin edilir.


 


“Azəriqaz” daxilində baş verən struktur dəyişikliklərinə münasibət bildirən Neftçilərin Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Mirvari Qəhrəmanlı musavat.com-a açıqlamasında bildirib ki, imtahan keçirilsə belə, burada işdən çıxarılan minə yaxın işçinin taleyi naməlum qalır: “Azəriqaz” İB-nın Bakının  rayonları üzrə istismar idarələrində çalışan işçilərin hamısına bildirişlər paylanılıb ki, idarələr ləğv olunacaq. 12 idarənin əvəzinə 2 departament yaradılıb. Həmin departamentlərə də işçilərin qəbulu seçim yolu ilə olacaq. Məni narahat edən isə odur ki, qaz sistemlərinə nəzarət edən, bu sahədə uzun illər çalışan insanlar var və onlar öz sahəsini yaxşı bilsələr də kompüter sisteminə bələd olmadıqları, naşı olduqları üçün suallara cavab verə bilməyəcəklər və müsabiqədən kənarda qalacaqlar. Elə işçilər də var ki, imtahan zamanı həyəcandan biliklərini göstərə bilməyəcəklər. Elə də ola bilər ki, daha təcrübəli işçi az bal yığsın, daha təcrübəsiz işçi isə çox bal yığsın.


 


Hazırda ölkədə işsizlik baş alıb gedir, iş yerləri azdır. İşdən çıxarılanlara 5 aylıq birdəfəlik kompensasiya təklif edirlər ki, müvəqqəti olaraq ailələrini dolandırsınlar. Və yaxud proqrama qoşulmağı təklif edirlər ki, bu proqrama görə, işçiyə bir il müddətində aylıq əməkhaqqının 50 faizi verilir, tibbi sığortası saxlanılır və gələcəkdə iş yeri açılarsa, ona iş yeri təklif edilir. Hər iki təklifin maddi dəyəri demək olar ki, eynidir. Bu proqrama qatılanların işlə təmin edilmək şansı isə demək olar ki, çox aşağıdır”.


 


Mirvari Qəhrəmanlı həmçinin SOCAR rəhbərliyinin “Azəriqaz”da struktur islahatları adı ilə hər il minlərlə işçini isxtisar etməsindən narazılığını da ifadə edib: “5 ildən çoxdur ki, ARDNŞ-də islahatlar adı ilə ixtisarlar gedir. Təbii ki, bu qurumda struktur islahatlarına ciddi ehtiyac var. Ona görə ki, hasilat kəskin aşağı düşüb. Lakin bu islahatlar birdəfəlik aparılmalıdır. İnsanlar hər dəfə stress keçirirlər. Birdəfəlik islahatlar aparmaq üçün işçi qrupu oturub, islahatlar planı hazırlamalıdır və “Azəriqaz”da birdəfəlik struktur islahatları aparılmalıdır. Kim yuxuda nə görürsə, səhər bir departament yaradır. Ümumrespublika səviyyəsində islahatlar aparmaq lazımdır. Bir çox rayonlarda hələ qaz yoxdur, qaz kəmərlərinin çəkilməsi başa çatmayıb. Sayğacların dəyişdirilməsi prosesi başa çatmayıb.Bu işlər başa çatdırıldıqdan sonra birdəfəlik kadr islahatları aparılmalıdır. Ancaq ildə iki dəfə struktur islahatları adı ilə insanları işsiz qoymağı mən birmənalı qarşılamıram. İndi də işdən çıxarılan bu min nəfərdən yəqin ki, yarısı işlə təmin oluna biləcək, qalanları kənarda qalacaqlar”.


 


 



QHT rəhbərinin sözlərinə görə, hələlik yeni yaradılan iki departamentdə neçə vakant yerin olması və işçilərin hansı vəzifələr üçün imtahan verəcəyi açıqlanmayıb: “Azəriqaz” İB-dan göndərilən əmrlər məndə də var. Bu əmrlər hamısı əsaslandırılmayan əmrlərdir. Əmrdə struktur islahatlarının səbəbi izah olunmur. Bildirilmir ki, təzə yaradılan departamentlərdə neçə vakant yer olacaq və işdən çıxarılanların nə qədəri işlə təmin oluna biləcək. İşçilərə də heç nə izah edilmir və bilmirlər ki, bu iki departamentin hərəsində neçə va

Teqlər:
Bu xəbər cəmi 705 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR