Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Elmar Vəliyev Akif Süleymanovun “ərizə”sini qəbul edəcəkmi...?

Elmar Vəliyev Akif Süleymanovun “ərizə”sini qəbul edəcəkmi...?

Gəncədən bir oxucumuz aşağıdakı yazını Moderator.az - a göndərərək iddialarının əsaslı olduğunu və tezliklə Texnologiya Universitetində kadr dəyişikliklərinin baş verəcəyini bildirir:


 


"Artıq xeyli vaxtdır ki, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun vəzifəsi ilə vidalaşacağı xəbəri yayılsa da onun iki gün öncə vəzifəsindən azad edilən nazir Əli Abbasovla yaxın münasibətlərdə olması səbəbindən bu xəbər təsdiqini tapmırdı. Çünki Akif Süleymanovla sabiq Rabitə və İnformasiya naziri Əli Abbasov tələbə yoldaşı olublar və son alaylara qədər kifayət qədər nüfuzlu məmur olan Ə. Abbasov onu qoruya bilib...


 


Texnologiya Universitetinin rektorunu sabiq nazir dəstəkləyirdi və onu universitetə rektor təyin olunmasında da sabiq nazirin bilavasitə köməkliyi olduğu deyilirdi. 


 


2015-ci ilin fevral ayında Maliyyə Nazirliyinin xüsusi komissiyası Texnologiya Universitetində araşdırma nəticəsində 1 miliyon manatlıq korrupsiya faktı aşkarlamasına baxmayaraq hələ də həbs olunan şəxs yoxdur. Korrupsiya faktı aşkarlanan Texnologiya Universitetində sadəcə "günah keçisi" kimi prorektorları, dekanları və bir neçə şöbə müdirlərini işdən azad ediblər. Həmin şəxslərin yerinə götürülən şöbə müdirləri, dekanlar, prorektorlar, Universitetin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanovun yaxın dostlarıdır.


 


Akif Süleymanovun oğlu Şamil Süleymanov universiteti sözün həqiqi mənasında ata mülki kimi idarə edir, universitetin büdcəsini atasından geri qalmayaraq istədiyi kimi xərcləyir. Texnologiya Universitetinə yeni təyin olunan prorektorlar 3000 manat, dekanlar 2500 manat, və şöbə müdirləri 2000 min manat özlərinə pul təyin ediblər və işə təyin olunmamışdan öncə onlara bu qədər külli miqdarda ayda maaş verəcəyini rektorun oğlu Şamil Süleymanovun qarşısında şərt qoyublar. Aki Süleymanovun oğlu Şamil Süleymanov ayda bir neçə dəfə universitetə gələrək universitetin işcilərini kobudcasına təhqir edir, hətta sürdüyü maşını universitetin həyətində istədiyi yerdə saxlayır...


 


Bir neçə ay bundan öncə yeni təsərrüfat üzrə təyin olunmuş prorektor Xəyal Hacıyevlə Şamil Süleymanov arasında böyük dava düşüb, Akif Süleymanovun oğlu Şamil Süleymanov Gəncə Şəhər sakinlərinə qarşı gobud söyüş işlətdiyindən, yeni təyin olunmuş, hal-hazırda öz ərizəsi ilə işdən kənarlaşan Xəyal Hacıyev Şamil Süleymanovu yumruqla çənəsinə zərbə endirib və bu davadan sonra Xəyal Hacıyev tutduğu vəzifədən öz ərizəsi ilə kənarlaşıb. 


 


Akif Süleymanovun universitetdə etdikləri özbaşınalıqdan xəbər tutan İcra Başcısı Elmar Vəliyev onu bir neçə dəfə tənbeh edib, buna baxmayaraq Akif Süleymanov öz bidiyini etməkdə davam edir, bir neçə gün bundan öncə iclas zalında Elmar Vəliyev üstüörtülü şəkildə bildirib ki, Texnologiya Universitetinin rektorunun qələmini qırmışam. 


 


Artıq Əli Abbasovun vəzifəsindən kənarlaşmasından sonra Akif Süleymanovun "öz ərizəsi ilə" işdən çıxması üçün Elmar Vəliyevə minnətçi düşəcəyinə də şübhə etməmək lazım...

Teqlər:
Bu xəbər cəmi 1275 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR