Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ELDAR MAHMUDOVUN DAHA BİR KADRI VƏZİFƏDƏN UZAQLAŞDIRILDI

ELDAR MAHMUDOVUN DAHA BİR KADRI VƏZİFƏDƏN UZAQLAŞDIRILDI


AzTV-nin Musiqi verilişləri departamentinin rəhbəri Nadir Axundov tutduğu vəzifədən azad edilib. Bu barədə məlumatı AFN.az-a Dövlət Televiziyasındakı mənbə verib.



Bildirilir ki, N.Axundovun vəzifədən azad edilməsi “MTN işi” ilə bağlıdır. Belə ki, o, bir müddət əvvəl ciddi nöqsanlarla vəzifəsindən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın qohumdur: “Nadir Axundov Eldar Mahmudovun yeznəsidir. Daha dəqiqi, onun bibisi qızı ilə ailəlidir. Bu qohumluq əlaqəsindən istifadə edən departament rəhbəri AzTV-də hegemonluğu ələ keçirmişdi. Hətta Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən muğam müsabiqəsi üzərində də bildiyini edirdi”.



Mənbəmiz onu da qeyd edib ki, AzTV-də xeyli ixtisarlar olub: “Müsabiqə lauretları ilə müqavilə bağlanmışdı, televiziyanın solisti kimi fəaliyyət göstərirdilər. Müqavilənin əcaib tərəfi o idi ki, mükafatçılar başqa televiziyalara çıxa bilməzdilər. Gənclərə özlərini tanıtmaq üçün ancaq və ancaq AzTV-yə çıxmağa icazə vardı, o da ayda-ildə bir dəfə. Bununla bağlı dəfələrlə məsələ qaldırılsa da, nəticəsi olmamışdı. Son günlər isə xanəndələrin qadağanı pozması müşahidə olunurdu. Onlar tez-tez başqa televiziyalarda verilişlərə çıxırdılar. Buna görə hətta onlardan bir neçəsininj AzTV-yə gəlişi Nadir Axundov tərəfindən qadağan edilmişdi. Bu gün isə (noyabrın 12-də-red) bütün müsabiqə iştirakçıları ilə sözügedən müqavilələr pozuldu. Onlara sərbəstlik verildi və bildirildi ki, Dövlət Televiziyasında əvvəlki kimi səsyazma və s. üçün şərait yaradılacaq, lakin onlar artıq solist deyillər və maaş almayacaqlar. Beləliklə, onlarla solist işindən azad edildi”.



Qeyd edək ki, mənbəmiz N.Axundovun işdən çıxarılması ilə bağlı xəbərin yaxın günlərdə ictimaiyyətə açıqlanacağını bildirib.



 



Azinforum.az bildirir ki, Nadir Axundov eyni zamanda, bu yaxınlarda MTN-də aparılan təmizləmə işləri çərçivəsində vəzifəsindən kənarlaşdırılan Əks-Kəşfiyyat Baş İdarəsinin rəsi Ədalət Əsadullayevlə qudadır.


Teqlər:
Bu xəbər cəmi 1215 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR