Xəbər verdiyimiz kimi, bu gün Təhsil naziri Mikayıl Cabbarov mühüm kadr islahatı həyata keçirib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, işdən çıxarılanlardan biri də 55 saylı məktəbin direktoru Vahid Dəmirovdur.
Qeyd edək ki, Vahid Dəmirov bir müddət əvvəl ona açılan cinayət işi ilə bağlı medianın gündəminə gəlmişdi. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilirdi və istintaqdan yayındığı üçün barəsində axtarış elan olunmuşdu. Daha sonra direktor açıqlamasında heç kimə qarşı dələduzluq etmədiyini bildirmişdi: “Bir müddət əvvəl 1000 manat borcum vardı, onu da qaytarmışam. 1000 manata görə niyə qaçım ki? Məsələ ay yarım əvvəl həll olunub gedib”.