Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Putinin Ermənistanla bağlı sərəncamına - Azərbaycandan şərh

Putinin Ermənistanla bağlı sərəncamına - Azərbaycandan şərh


Ötən gün Vladimir Putin Rusiya və Ermənistan vahid Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması barədə sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir ki, Rusiya Federasiya hökumətinin Ermənistan Respublikası ilə Qafqaz regionunda regional Birləşmiş Hava Hücumundan Müdafiə Sisteminin yaradılması barədə təklifi qəbul edilsin.



Ekspertlər və siyasətçilər sözügedən sərəncamı Azərbaycan üçün də təhlükə hesab edirlər. Bildirirlər ki, Dağlıq Qarabağ müharibəsinin başlayacağı təqdirdə, Ermənistanın hava məkanını Rusiyanın qoruması ölkəmiz üçün müsbət hal deyil. 



Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən millət vəkili Fəzail Ağamalı bunun təhlükəli vəziyyət olduğunu nəzərə çatdırıb: “Rusiya Ermənistanla hərbi əlaqələrini getdikcə gücləndirir. Fikrimcə, müqavilə birbaşa olaraq Azərbaycanla Ermənistan arasındakı münaqişəylə bağlı deyil. Çünki münaqişə Dağlı Qarabağ ətrafında gedir. Biz müharibəni işğal olunmuş torpaqlarımızda aparacağıq. Ermənistan Azərbaycanın digər ərazilərində də müharibə aparmaq həvəsinə düşsə, onda Azərbaycan da yalnız Dağlıq Qarabağda deyil, sərhədboyu müharibə apara bilər. Çünki, birinci Qarabağ müharibəsində müharibə bütün sərhəd boyu gedirdi. Belə olan vəziyyətdə əlbəttə ki, Azərbaycan üçün təhlükəli məqam yarana bilər. Biz Ermənistana müqavimət göstərib əks-hücuma keçsək, bu da imzalanmış olan müqaviləyə əsasən, situasiyanı gərginləşdirə bilər”.



Millət vəkilinin sözlərinə görə, indiki müqavilə təkcə Azərbaycana qarşı yaranmış təhlükə ilə izah olunmalı deyil: “Bu eyni zamanda hazırda Yaxın Şərqdə gedən müharibədə Rusiyanın geniş şəkildə iştirakı ilə bağlıdır. Bu da Amerikanın və onun müttəfiqlərinin vermiş olduğu ciddi reaksiyalarla izah olunmalıdır. Rusiya özünün for postu kimi Ermənistanda hərbi bazasını gücləndirəcək ki, oradan lazım olanda hərbi sığınacaq kimi istifadə edə bilsin. Ermənistan Cənubi Qafqazda yeganə coğrafi mövqeyə malik olan ölkədir ki, oradan Yaxın Şərqə hücum kimi istifadə oluna bilər”.



Hərbi ekspert Üzeyir Cəfərov isə “Qafqazinfo”ya açıqlamasında Rusiyanın növbəti dəfə qeyri-səmimi addım atdığını qeyd edib: “ATƏT-in Minsk qrupunun üzvü olan Rusiyaya bu hal qətiyyən yaraşmazdı. Azərbaycan indiyə qədər bütün sahələrdə Rusiyaya dost və qonşuluq siyasəti sərgiləyib. Amma Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvənda keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər, o cümlədən Rusiyanın hər zaman Ermənistanın arxasında dayanacağı fikri o deməkdir ki, bundan sonra da heç bir beynəlxalq hüquq və normalara hörmət qoymayan Ermənistana Rusiya işğalçılıq siyasətini davam etdirməkdə bir növ dəstək verməkdə davam edəcək. Təhlükə məsələsinə gəlincə isə, Azərbaycan Ermənistana hər hansı hücum etmək niyyətində deyil. Düşünmürəm ki, Rusiya Azərbaycanın icazəsi olmadan, beynəlxalq güclərə meydan oxuyaraq işğal altında olan ərazilərimizdə Ermənistanı müdafiə etmək üçün hansısa hava hücumundan müdafiə qüvvələri yeritsin. Burada söhbət Ermənistanın hava məkanın müdafiəsindən gedir. Buyursunlar, nə qədər istəyirlərsə, bir-birlərini müdafə etsinlər. Rusiya Azərbaycanın işğal olunmuş ərazilərinin azad etməsinə heç vəchlə mane ola bilməz. Baxmayaraq ki, seperatçı rejimlə bərabər orada Ermənistan qüvvələri də yerləşir, amma onlar orada qeyri-qanuni yerləşirlər. Bəziləri belə düşünür ki, bu saziş Azərbaycanın yürütdüyü xarici siyasətin iflasıdır. Biz qətiyyən belə düşünməli deyilik. Sadəcə, dostumuzun və düşmənimizin kim olduğunu bilib, ona görə addımlar atmalıyıq”


Teqlər:
Bu xəbər cəmi 905 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR