Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

 Xətai rayonunda uşaq bağçası adı ilə tikilən obyekt kimlərə icarəyə verilir?

 Xətai rayonunda uşaq bağçası adı ilə tikilən obyekt kimlərə icarəyə verilir?


Bakıda yaşayış binalarının arasında obyekt tikmək istəyənlər sakinlərin qəzəbini sakitləşdirməyin yeni üsulunu tapıblar.



Sxem təxminən belədir: İki yaşayış binasının arasında balaca bir boş ərazi görən “biznesmen” burada obyekt tikmək qərarına gəlir.



Bir anın içində inşaatçılar həmin ərazidə peyda olub, hazırlıq işlərinə başlayırlar. İş başlayarkən əhalini məlumatlandıracaq heç bir lövhə olmur.



Sakinlər binalarının qarşısında naməlum bir obyektin tikintisinə hazırlığı görüb etiraza başlayan kimi məlumat lövhəsi peyda olur və oradan aydın olur ki, sən demə ərazidə sakinlərin rahatlığını nəzərə alaraq, onlara yaxşılıq etmək üçün uşaq bağçası tikilir.



Tikinti işləri başa çatana yaxın bu məlumat lövhəsi təbii ki, yoxa çıxır, çünki yalnız kor adam tikilinin uşaq bağçasına aid olmadığını başa düşməz.



Sonradan isə həmin tikili ilkin olaraq nəzərdə tutulan profilə uyğun istifadəyə verilir.



Məhz belə bir sxemlə “Miraj” kooperasiyası işləyib. Adını çəkdiyimiz bu koorporasiya 2014-cü ilin avqust ayında Bakının Xətai rayonu General Şıxlinski 1B ünvanında binanın qarşısında balaca bir ərazidə bir neçə mərtəbəli binanın inşasına başlayıb.



Bu şirkət bir az da irəli gedərək, işin PR tərəfini də qurub və mediaya məlumat da ötürüblər.



İdeologiya.az saytı 2014-cü il avqustun 28-də bu barədə informasiyada tikintinin ciddiliyini vurğulamaq üçün hətta Heydər Əliyev Fondunun adını çəkməyi də unutmayıb. Belə ki, yazıda qeyd olunduğuna görə, “inşasına başlanan uşaq bağçasını həm də son illər Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxtda və ölkənin digər ərazilərində inşa olunan yeni müasir uşaq bağçalarının inşası təşəbbüsünə bir töhfə kimi dəyərləndirmək olar”.



Yazıda qeyd olunur ki, tikintinin sifarişçisi “Miraj” kooperasiyasıdır, podratçısı isə “TTŞ-İnşaat” MMC-dir.



Adıçəkilən sayta danışan “TTŞ-İnşaat” MMC-nin direktoru Xaliq Məmmədov bildirib ki, uşaq bağçasının tikintisinə, əslində, ərazidə yaşayan çoxsaylı insanların istəklərinə rəğmən başlanılıb:



“Bu ərazidə demək olar ki, uşaq bağçası yoxdur… Bu barədə Xətai rayon İcra Hakimiyyəti rəsmilərinin də rəyini biləndən sonra bu qərarı verdik. Məsələ ondadır ki, Sovet dövründə mövcud olmuş uşaq bağçaları müasir tələbləri ödəmir. İndiki bağçalarda uşaqların yaş qrupuna uyğun olaraq ayrı-ayrı dillər üzrə qrupların fəaliyyət göstərməsi tələb olunur.



Bizim inşasına başladığımız bağçada da yataq şəraitindən tutmuş ərzaq təminatına kimi bütün problemlər ən sərfəli və keyfiyyətli olaraq təşkil olunacaq. İnanıram ki, tezliklə ərazidə yaşayan sakinlər belə bir müasir uşaq bağçasının istifadəyə verilməsi ilə daha bir qayğıdan azad olunacaqlar. Mən işləyən xanımlarımıza olan sürpirizi nəzərdə tuturam…”



 




Teqlər:
Bu xəbər cəmi 1180 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR