Bakının Səbail rayonunda yaşayan və mühəndis layihəçi olan Elçin Abbasov evində temepratur fərqindən elektrik enerjisi əldə edir.
“Qafqazinfo”nun Xəzər TV-yə istinadən məlumatına görə, bu enerji ilə həm telefonun batereyasını doldurmaq mümkün olur, həm də kiçik lampaları işlətmək mümkündür.
Enerjini əldə etmək üçün isə cihazın bir hissəsinə soyuq digərinə isə isti su tökülür.
Elçin Abbasov bu layihənin üzərində işləməklə onu daha da təkmilləşdirmək və gələcəkdə bu qurğudan daha böyük enerji almaq niyyətindədir.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.