Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Təhsil Nazirliyi 2 universitetlə bağlı iş aparır

Təhsil Nazirliyi 2 universitetlə bağlı iş aparır


Təhsil Nazirliyi ölkənin 2 aparıcı universitetində startapların başlanması üçün iş aparır. "Qafqazinfo" xəbər verir ki, bu sözləri Təhsil naziri Mikayıl Cabbarov AMEA-nın 70 illik yubileyində çıxışı zamanı deyib. Nazir çıxışı zamanı “Elmdən təhsilə” adlı məqsədli proqramdan danışıb:



"Qarşımızda duran ümumi məqsəd və vəzifələrdən irəli gələrək mən Milli Elmlər Akademiyasını və onun institutlarını “Elmdən Təhsilə” adlı məqsədli proqramının işlənib hazırlanmasına dəvət etmək istərdim. Bu Proqram çərçivəsində Elmlər Akademiyası sistemində çalışan alimlər ölkəmizin ən yaxşı ali təhsil müəssisələrində elmi tutumlu ixtisaslar üzrə təhsil alan tələbələrə fənləri tədris edib, elmlə təhsilin daha dərin inteqrasiyasına töhfə verəcək, toplanmış elmi biliklərin növbəti nəsillərə ötürülməsinə imkan qazanacaq, elmi potensialı olan istedadlı tələbələri vaxtında aşkar etməyə kömək etmiş olacaqlar. Öz tərəfimizdən biz məqsədli Proqram çərçivəsində baza ali təhsil müəssisələrini və ixtisasları müəyyənləşdirməyə, həmçinin dərs deyəcək alimlərin maddi təminat məsələsini həll etməyə hazırıq.



Elmdə və təhsildə nəsillər arası güclü əlaqəni təmin etmək bu gün qarşımızda duran ən mühüm vəzifədir. Dövlət başçısının 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təsbit olunan strateji istiqamət və hədəflər Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini müəyyənləşdirir. Strategiyada ümumi təhsilin tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə aparılması, istedadlı gənclər üçün xüsusi proqramların hazırlanması nəzərdə tutulur ki, bu da gələcəkdə elmi kadrların hazırlanmasına birbaşa xidmət edəcəkdir. Bu hədəflərə çatmaq məqsədilə Təhsil Nazirliyi 2015-2016-cı tədris ilindən tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi barədə qərar qəbul etmişdir. İnanırıq ki, burada təhsil alan istedadlı gənclər içərisindən gələcəkdə yüksək ixtisaslı elmi mütəxəssislər də yetişəcək”.



Təhsil naziri Mikayıl Cabbarovun sözlərinə görə, hal-hazırda Təhsil Nazirliyi ölkənin 2 aparıcı universitetində startapların başlanması üçün iş aparır.


Teqlər:
Bu xəbər cəmi 965 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR