Əhalinin banklara qoyduqları əmanətlərin məbləği ilkin hesablamalara görə keçən ilin müvafiq dövrü ilə müqayisədə 21.2 faiz artaraq aprel ayının 1-nə 5.2 milyard manata çatıb.
Statistikaya əsasən birinci rübdə verilmiş kreditlərin məbləği 2012-ci ilin üç ayı ilə müqayisədə 27.7 faiz artaraq 13.1 milyard manat təşkil edib.
Bildirək ki, mart ayında 1 ABŞ dolları 0.78 manata, 1 Avro 1.02 manata, 100 Rusiya rublu 2.55 manata, yanvar-mart aylarında isə müvafiq olaraq 0.78, 1.04 və 2.58 manata bərabər olub.