Bakıda gənc qadın intihar edib.
Nizami Rayon Polis İdarəsindən virtualaz.org saytına verilən məlumata görə, intihar hadisəsi rayon sakini, 1993-cü il təvəllüdlü Nuranə Vasif qızı Panıyeva noyabrın 8-nə keçən gecə özünü Naxçıvani küçəsində yaşadığı mənzildə asıb.
Nizami RPİ 24-cü polis bölməsinin müstəntiqləri tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, 22 yaşlı qadını bu addımı atmağa məcbur edən səbəb ərinin və onun yaxınlarının qadına mənfi münasibəti olub.
Onlar N.Panıyevanı sonsuz olduğu üçün məzəmmət və ittiham edirmiş.
Ailədə bu zəmində gərginlik yaşanırmış.