Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda evlərin yeni qiymətləri

Bakıda evlərin yeni qiymətləri



Bakıda evlərin yeni qiymətləri




 




 



Mənzil bazarındakı vəziyyəti öyrənmək üçün musavat.com-un əməkdaşı şəhərin müxtəlif yerlərində mənzil alqı-satqısı ilə məşğul olan obyektlərdə olub.


 


Manatın devalvasiyasından sonra qida məhsullarının qiymətində artım müşahidə olunsa da, daşınmaz əmlak və eləcə də avtomobil bazarında müştəri qıtlığı üzündən qiymətlər kəskin şəkildə enib. Bakıda yerləşən üzərinə "Ev alqı-satqısı" yazılan obyektlərdə çalışan şəxslərlə söhbətimiz zamanı onlar bildirdilər ki, əhali gözləmə mövqeyindədir. Bu isə evlərin qiymətinə təsirsiz ötüşmür.


 


Metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşən "Maklerlər bağı" kimi tanınan ərazidə, boyunlarına ev satışı ilə bağlı elanlar asan satıcılara rast gəlsək də, alıcı yoxdur. Elə orada Rəhman adlı maklerlə söhbətimiz zamanı o bildirdi ki, fevral ayından sonra mənzil bazarında qiymətlər nəzərə çarpacaq dərəcədə enib: "Qiymətlərdə 15-20 min manat enmə var. Məsələn, əvvəl bir otaqlı mənzili 65 minə satırdıqsa, indi 42 minə də tapmaq olar. Eləcə də, çoxotaqlı mənzillərin də qiymətində azalma var. Kirayə bazarında da zəiflikdir. Bakıda harada ev kirayə verilir, satılırsa, məlumatım olur. Avqust ayı ilə müqayisədə indi kirayə mənzil bazarında qiymətlər 30-50 manat aşağı düşüb. Tikintidə işləyənlərin işdən çıxarılması, bir çox obyektlərin bağlanması nəticəsində rayondan bura işləməyə gələnlərin sayının azalması kirayə mənzil bazarın çökdürüb.


 


İndi daha çox gənc ailələr kirayə mənzil axtarırlar. Bir də tələbələr... O da ki, təklif çox, tələb yox... Ona görə də qiymətlər enir".


 


Tələbatın azalması həm də satıcıların güzəşt mövqeyində olmasına səbəb olur ki, bu da qiymətlərə alıcının xeyrinə təsir edir. Eksperlər hesab edirlər ki, hazırda manatın məzənnəsinin stabil olmaması və növbəti aylarda dollara nisbətdə ucuzlaşmasının gözlənilməsi evlərin də qiymətinə təsir edəcək. Nəticə etibarı ilə mənzil bazarında qiymətlər indikindən də xeyli aşağı düşərək, 1990-cı illərin sonunda bazardakı rəqəmlərə qədər gedib çıxa bilər.


 


Musavat.com-a danışan iqtisadçı ekspert Natiq Cəfərli isə mövzu ilə bağlı bunları söylədi: "Bazarda qiymətin enməsi hələ davamlı olacaq. Dollar ilə qiymətlər daha sürətlə enəcək. Yaxın illərdə qiymətlərin qalxması gözlənilmir. Çünki ölkədə iqtisadi aktivlik, gəlirlər, iş yerləri, Rusiyadan gələn vəsait də getikcə azalacaq ki, bu da daşınmaz əmlak bazarındakı qiymətlərə öz təsirini göstərəcək".


Teqlər:
Bu xəbər cəmi 1115 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR