Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

MTN generalının gizli həbsxanası aşkarlandı

MTN generalının gizli həbsxanası aşkarlandı


MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov tutduğu vəzifədən azad edilib və ciddi nəzarət altına alınıb. Onun yaxın günlərdə həbsə atılacağı gözlənilir.



“Qafqazinfo” xəbər verir ki, MTN-ə yaxın mənbələrdən strateq.az saytına daxil olan məlumata görə, indiyədək həbs olunan MTN əməkdaşlarının əksəriyyəti qeyri-qanuni göstərişlərin bir çoxunu həm də birbaşa general Çovdarovdan aldıqları haqda ifadələr veriblər və artıq onun həbsi üçün kifayət qədər dəlil-sübutlar toplanıb.



Eyni zamanda, təhlükəsizlik məqsədilə adları hələlik cəmiyyətə açıqlanmayan xeyli sayda iş adamı da Baş Prokurorluğa və Prezident Administrasiyasına ünvanladıqları şikayətlərində birbaşa məhz general Akif Çovdarovun onlara hədə-qorxu gələrək milyonlarla vəsaitlərini və əmlaklarını əllərindən aldığını bildiriblər.



Məlumata görə, həm bu adamların, həm də həbs olunan MTN əməkdaşlarının dindirilməsi zamanı ortaya təkcə MTN-dəki məlum dəstənin sahibkarları necə soyub-taladıqlarının ağlagəlməz mexanizmi çıxmayıb, üstəlik sensasiya sayılacaq başqa bir mühüm fakt da aşkarlanıb.



Bəlli olub ki, Çovdarovun özünün ayrıca adam oğurluğu ilə məşğul olan böyük bir dəstəsi və bu dəstənin MTN-dən kənarda, Bakının heç kimin ağlına gəlməyəcək yerində gizli həbsxanası da olub.



Məlum olub ki, MTN-dəki məlum dəstə pul almaq məqsədilə keçirdikləri əməliyyatlar barədə hər hansı iz qoymamaq və informasiyanın kənara sızmaması üçün xeyli sayda adamı, xüsusən də ayrı-ayrı vəzifəli şəxslərlə qohumluq əlaqələri olan imkanlı adamları məhz MTN binasından kənarda yerləşən bu gizli həbsxanaya aparıb saatlarla və günlərlə rahatca saxlayır, sonda isə əvvəlcədən dinləmə və izləmə vasitəsilə topladıqları rüsvayedici kompromatları nümayiş etdirir və qarşılığında külli miqdarda pul tələb edirmişlər.



Həmin şəxslər də tələb olunanı dinməzcə verib canlarını qurtarır, heç hara gətirildikləri, hansı qurum tərəfindən saxlandıqları barədə nəinki hər hansı məlumata, hətta cüzi təsəvvürə də malik olmurmuşlar. Bu barədə danışmağın onlara baha başa gələ biləcəyi xatırladıldığından qorxularından kimsəyə də nəsə demirmişlər.



Əldə edilən məlumatlara görə, Çovdarova bu işlərin görülməsində təkcə MTN-dəki dəstəsi yox, Rusiya və Gürcüstanın cinayət aləmindəki şəbəkəsi də böyük köməklik göstərib. Onlar bütün bu qaranlıq işlərində faktiki olaraq əlbir fəaliyyət göstəriblər...



Xatırladaq ki, sabiq nazir Eldar Mahmudovun kassiri və sirdaşı sayılan Çovdarovun adı Azərbaycan mətbuatına çox yaxşı tanışdır. Vaxtilə həbsxanada “nadzor” olan, daha sonra polis sisteminə keçən, oradan da MTN-ə gətirilən Akif Çovdarov bütün bu “poqon altındakı fəaliyyəti” boyu “qara işlər”in ən yaxşı icraçısı kimi ad çıxarıb...



Belə görünür ki, indiyədək barəsində mif yaradılmış “Çovdarov əfsanəsi” də artıq birdəfəlik bitmək, müasir Azərbaycanın tarixinin qanla yazılan daha bir səhifəsi çevrilmək, qapanmaq üzrədir. Bu dəfə o, öz əməlləri ilə öz xirtdəyinə keçirdiyi ədalət mühakiməsinin kəndirindən çətin ki, yaxa qurtara bilsin...


Teqlər:
Bu xəbər cəmi 1610 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR