Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Əhliman Əmiraslanov Milli Məclisə spiker gətirilir? - ŞOK İDDİA

Əhliman Əmiraslanov Milli Məclisə spiker gətirilir? - ŞOK İDDİA


 



 





Noyabrın 1-də keçirilən parlament seçkilərindən sonra yeni spikerin kim olacağı ətrafında müzakirələr başlayıb. Məlumatlı mənbənin iddiasına görə, Oqtay Əsədovla spiker vəzifəsi ilə vidalaşacaq. 


 


Onun yerinə Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun gətiriləcəyi barədə söz-söhbətlər yayılıb. Xatırladaq ki, Ə.Əmiraslanov son parlament seçkilərində növbəti dəfə deputat olub. 


 


"Yeni Musavat”a verilən məlumata görə, Əhliman Əmiraslanovun spiker olması artıq ölkə rəhbərliyi səviyyəsində razılaşdırılıb. Onun karyerasında bu kəskin yüksəlişdə xarici amillərin rol oynadığı haqda məlumatlar dolaşır. 


 


Yeni spiker postuna adı hallanan deputatlardan biri də Əli Hüseynli olub. Lakin Əhliman Əmiraslanovun MM-ə sədr seçilməsi hakimiyyət daxilindəki qruplaşmaların hamısının razılığı ilə qarşılandığından Ə.Hüseynlinin namizədliyinin üzərində çox dayanılmayıb.  


 


Deyilənə görə, Oqtay Əsədovun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın əlaqələrinin olması onun növbəti dəfə Milli Məclisə sədr seçilməsinin qarşısını alıb. İqtidarın E.Mahmudovla yaxın münasibətdə olan bütün məmurlarla bağlı ciddi önləm aldığı deyilir. 


 


17 oktyabrdan sonra hakimiyyət daxilində ciddi çalxalanmaların yaşandığı göz önündədir. Mənbə bildirir ki, çaxnaşmanın bir səbəbi də MTN rəhbərliyinə kimin gətirilməsi ilə bağlıdır. Hakimiyyət daxilindəki qruplaşmalar arasında nazir postu uğrunda savaşın başladığı haqda redaksiyamıza bəzi məlumatlar daxil olub. Yeni milli təhlükəsizlik nazirinin kim olması hakimiyyət daxilindəki qruplaşmaların böyük marağındadır. Qaynağımız bildirir ki, hazırda Naxçıvan klanı hərəkətə keçərək boş qalan təhlükəsizlik naziri postunun "yad əllərə” keçməsinə imkan verməməyə çalışır. 


 


Bu istiqamətdə "Yeni Müsavat”ı bilgiləndirən mənbələrin iddiasına görə, MTN rəhbərliyinə gətirilməsi düşünülən şəxslərdən biri də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovdur. Mənbəmiz israrla bildirir ki, bu, iqtidardakı Naxçıvan qrupunun xilas modeli kimi görünür. Çünki MTN nüfuzuna, təsir imkanlarına görə dövlətdə ən əsas qurumlardan biridir. V.Talıbov kimi güclü adamın bu posta gətirilməsini klan öz maraqları baxımından olduqca əlverişli sayır. Köhnə klanın bu istəyini ölkə rəhbərliyinə çatdırdığı da gələn xəbərlər sırasındadır. 


 


Mənbə onu da bildirib ki, Vasif Talıbovun milli təhlükəsizlik naziri olmasını istəyənlər əsas kimi onun bütün məmurlarla, dövlət adamları ilə məsafəli münasibətini göstərir. V.Talıbovun nazir olmasını istəyənlər bu seçimin hakimiyyət daxilindəki qruplaşmalar arasında gərginliyi aradan qaldıracağına, ortamın yumşalacağına gətirib çıxaracağını deyirlər.


 


Deyilənə görə, hakimiyyət daxilindəki qruplaşmaların Vasif Talıbovun nazir təyin edilməsini istəməsinin arxasında duran məqamlardan biri də Mədət Quliyevlə bağlıdır. Mənbə bildirir ki, "yad bölgədən” olan M.Quliyevin milli təhlükəsizlik naziri olması iqtidardakı köhnə qvardiyanı ciddi narahat edir. Ona görə də onun 1-ci müavindən artıq böyüməsini istəmirlər.


 


Arqument.Az



 


Teqlər:
Bu xəbər cəmi 1455 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR