Azərbaycan qısa müddət ərzində inkişaf etmiş turizm sahəsinin formalaşdırılmasına nail olub. Məşhur brendlərə məxsus beşulduzlu otellərin, yüksəksəviyyəli istirahət zonaları və restoranların, həmçinin müasir aeroportların sayına görə Azərbaycan Cənubi Qafqaz regionunda liderdir. Lakin yaradılmış infrastruktura rəğmən, yerli turizm biznesi qiymətlər baxımından rəqiblərinə ciddi şəkildə məğlub olur. Problem o qədər ciddi xarakter alıb ki, Azərbaycan Prezidenti İlham Əliyev mövcud vəziyyəti sərt tənqid edib, problemlərin aradan qaldırılması üçün dərhal təkliflərin hazırlanması tapşırığını verib.
Lakin son onilliyin təcrübəsi göstərir ki, turizm sahəsində rəqabət səviyyəsi hələ də lazımi həddə deyil və bu sahədə qiymətlər ölkə əhalisinin əksəriyyəti üçün əlçatmazdır.
Jurnalist həmkarlarımızdan biri artıq uzun müddətdir ki, ailəsiylə birgə 31 dekabr həmrəylik gunu həm də Yeni İl bayramini maraqlı keçirmək istədiyini deyir. O, bu məqsədlə rayonlarimizda yerləşən bir çox otellərdə olan qiymətlərlə maraqlanıb və maraqlı araşdırma aparmış olub. Otellərin əksəriyyətində bayram paketi hələ hazır olmadigindan bir neçə gün ərzində heç bir məlumat ala bilməyib. Həmkarımızın sözlərinə görə, ilk olaraq möhtəşəmliyi ilə göz qamaşdıran 5 ulduzlu “Şamaxı Palace “oteli bayram paketinin hazir oldugunu bildirib və özünü otelin meneceri kimi təqdim edən Mirağa adlı şəxs cox həvəslə şərtləri deyib:
” Mirağa deyir ki, bayram gunu iki nəfər gecəsi 500 manata otelimizdə qala bilər. Buraya yalniz səhər və axşam yeməkləri daxildir. Bir de onların diliylə desək, həmin gecə “tanınmış” müğənniləmizin konserti nəzərdə tutulur. Bir sözlə, bir çox şişirdilmiş təsvirlərlə bizi məlumatlandırdıqdan sonra kecdi əsas məsələyə.
Əgər, bizim otelimizde bayram kecirmək istəyirsinizsə minimum iki gecə rezerv elətdirməlisiz.Bu da o deməkdir ki, Yeni İl bayrami bir ailəyə 1000 manata başa gəlir. İki gunun gunorta yeməklərini də nəzərə alsaq 1500 manata yaxın pulun olmalıdırki sən öz Vətənində alababat bayram keçirəsən.
Bu da mədəni soyğunçuluq anlamına gəlir. Çünki bu qiymətlər yalnız oliqrxalşmış azərbaycanlıların büdcəsinə uyğun ola bilər”.
Qeyd edək ki, bu yazı ilə bağlı sözügedən otelin rəhbərliyindən redaksiyamızla əlaqə saxlayıblar. Onlar bildirir ki, deyilən qiymətə yalnız səhər və axşam yeməyi daxil deyil: “Ola bilər ki, şərtlərin deyilməsində bəzi anlaşılmazlıq yaranıb. Biz həmin möhtəşəm tədbir üçün külli miqdarda xərc çəkirik. Bura spirtli içkilərin limitsiz verilməsi, atəşfəşanlıq, müxtəlif şou proqramlar və s. daxildir ki, bu da məxsusi bayram gecəsini digər günlərdən fərqləndirir”.
Azinforum.az olaraq bildiririk ki, biz obyektiv xəbərin yayılmasında maraqlı olan bir media təsisatıyıq. Məqalədə toxunduğumuz fakt yalnız sözügedən otel üçün xarakterik deyil. Ümumən, Azərbaycandakı otel-turizm qiymətlərinin hədsiz baha olmasının acı təzahürüdür. Bəlidir ki, bu faktor şəxsən ölkə başçısı İlham Əliyev cənablarını da ciddi narahat edir. Cənab Prezident dəfələrlə etdiyi çıxışlarında bu cür neqativliklərin aradan qaldırılmasına dair göstərişlər verib. Ümidvarıq ki, yaxın zamanlarda ölkə iqtisadiyyatının inkişafı üçün, bu sahələrin fəaliyyətində ciddi dönüşün şahidi olacayıq.