Yol polisi ilə hərbçi arasında evakuator qalmaqalına RƏSMİ CAVAB
Bakı Şəhər BPİ Dövlət Yol Polis İdarəsi dünən ordu zabiti ilə yol polisi əməkdaşı arasında evakuasiya ilə bağlı yaranmış qalmaqalla bağlı yayılan videoya münasibət bildirib.
Bakı Şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, mətbuatda və sosial şəbəkələrdə yayılan “Bakıda ordu zabiti ilə yol polisi əlbəyaxa oldu” adlı videogörüntüyə Bakı Şəhər DYPİ-də baxılıb: «Məsələ ilə bağlı bəzi məqamlar aydınlaşdırılıb. Müəyyən olundu ki, qeyd olunan ərazidə yol polisi ilə sürücü arasında yaranan narazılıq dayanma-durma, parklama qaydalarının pozulması ilə bağlı olub. Sürücü, yaxud ordu zabitinin yol polisi ilə aralarında yaranan narazılıqla bağlı görüntülərdən açıq-aşkar görünür ki, “əlbəyaxa” münaqişə yaranmayıb. Yol polisi əməkdaşı ilə qeyd edilən ordu zabitinin “əlbəyaxa” olması ilə bağlı iddia öz təsdiqini tapmır. Görüntülər əsasında deyilənlər həqiqəti əks etdirmir, yol polisinin xidməti fəaliyyətinə kölgə salır, yayılan xəbərlər əslində baş verən hadisənin əsl mahiyyətini əks etdirmir».
Bakı Şəhər DYPİ sürücülərin diqqətinə çatdırır ki, paytaxt yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün dayanma-durma, parklama qaydalarına əməl edilməlidir: «Sözsüz ki, məqsəd yollarda daralmanın qarşısını almaq, nəinki paytaxt sakinlərinin eləcə də digər hərəkət iştirakçılarının xüsusilə, sürücülərin təhlükəsiz, fasiləsiz və vaxt itirmədən, ləngimədən hərəkətini təmin etməkdir.
Qanunun tələblərini pozan sürücülərə yol polisləri tərəfindən müvafiq tədbirlər həyata keçirilməklə, inzibati protokol tərtib edilir.
Xatırladırıq ki, İnzibati Xətalar Məcəlləsinin 407-ci və "Yol hərəkəti haqqında" qanunun 85-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydalarının pozulduğu halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyilsə), nəqliyyat vasitələri müvəqqəti olaraq mühafizə olunan duracaqda saxlanıla bilər».
Maraqlıdır ki, DYP-nin açıqlamasında hərbçinin öz avtomobilinin yanında ola-ola yol polisi əməkdaşının avtomobili zorla evakuasiya etməyə çalışmasına toxunulmur və bu məsələyə aydınlıq gətirilmir. Qanunvericilikdə göstərilir ki, nəqliyyat vasitəsi hətta evakuatora yüklənmiş vəziyyətdə olsa da, sahibi gəlibsə maşın evakuatordan düşürülməlidir. Lakin bu videoda görünən budur ki, sürücü maşının yanında ola-ola yol polisi maşının evakuatora yüklənməsi barədə göstəriş verir.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.