Mərkəzi Seçki Komisiyasının bu gün keçirilən iclasında noyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə bağlı quruma daxil olmuş müraciətlərə baxılıb.
“Qafqazinfo” xəbər verir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən qeyd alınmış namizəd Elza Qasımova səsvermə günü həmin seçki dairəsinin bəzi məntəqələrində pozuntuların olması barədə MSK-ya müraciət edib. Araşdırma zamanı məlum olub ki, müraciət aidiyyat qaydalarının pozulması MSK-ya daxil olub. Ona görə də müraciətin araşdırılması üçün DSK-ya göndərilməsi barədə qərar qəbul edilib.