Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Obyekti qanunsuz tikdirib" - Binəqədi İcra Hakimiyyətindən qəribə cavab


Bu gün səhər saatlarında Binəqədi rayonu, 9-cı mikrorayonda intihara cəhd edən İlqar Məmmədovun tikdirdiyi restoran qanunsuz olub. Binəqədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva bildirib ki, sahibkarın qanunsuz tikilisi ilə bağlı ona dəfələrlə məlumat verilsə də, buna məhəl qoymayıb:



“2008-2010-cu ildən sahibkar Zeytun bağlarında qanunsuz obyekt tikməyə başlayıb. Ona dəfələrlə İcra Hakimiyyətindən xəbərdarlıq edilib ki, Zeytun bağlarının qırılması hesabına orada obyekt tikmək olmaz. Lakin o, buna məhəl qoymayıb və obyekti tikib. Daha sonra bizim tərəfimizdən tələb qoyuldu ki, o, öz hesabına həmin qanunsuz tikilini söksün”.  



Obyekt tikilməyə başlayanda deyil, uzun zaman keçəndən sonra İcra Hakimiyyətinin belə addım atmasına isə Rəvanə Əliyeva bu cür cavab verib: “İcra başçımız 4 il əvvəl təyin olunub və ilk gündən ona xəbərdarlıqlar edilib. Vəsaitə gəlincə, o, İcra Hakimiyyətinə heç bir pul ödəməyib. Başqa qurumlara ödəyibdirsə, onu sahibkardan dəqiqləşdirmək lazımdır. Bu haqda məlumatlı deyilik. Sadəcə, ona tələb qoyulub ki, sökülsün. 

Sahibkarın Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla görüşündən sonra məsələnin necə həll ediləcəyi barədə məlumatsızıq. Məlumat olanda media ilə paylaşılacaq”.  



Bu gün səhər saatlarında Binəqədi rayonu, 9-cı mikrorayonda restoran sahibi intihara cəhd edib. İntihara cəhd edən İlqar Məmmədov adlı şəxs “Zeytun bağı" restoranının sahibi olub. Bu addımı atmasına səbəb restoranın sökülməsi olub və tələb edib ki, onun 500 yüz minini qaytarsınlar.



Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İbrahimov da olay yerinə gəlib.  Başçı intihara cəhd göstərən şəxslə 15 dəqiqəlik söhbət zamanı aşağı düşməsini xahiş edib. Lakin sahibkar deyib: “Mənə yazılı iltizam verməsəniz, buradan düşməyəcəyəm”.  



İcra başçısı yazılı iltizamın özündə olduğunu deyəndən sonra intihara cəhd edən şəxs binanın damından düşüb. 



Sosial şəbəkələrdə iddia edilir ki, “Zeytun bağı" restoranının sahibi əslində Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi, general Akif Çovdarovdur. A.Çovdarovun adı bir sıra qalmaqallı məsələlərdə hallandırılır.(modern.az)


Teqlər:
Bu xəbər cəmi 1330 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR