Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazirlə mer “Qış bulvarı”nda toqquşdu

Nazirlə mer “Qış bulvarı”nda toqquşdu
Hacıbala Abutalıbov Oqtay Şirəliyevə verdiyi sözü tutmadı, 1 saylı Doğum Evinin bir hissəsini sökdürdü


Bu həftə Bakının mərkəzində “Qış bulvarı”nın tikintisi ilə əlaqədar Füzuli küçəsində yaşayan sakinlərin evləri söküləcək. Buna səbəb isə bir müddət əvvəl Şəmsi Bədəlbəyli və Mirzağa Əliyev küçələrində sökülən evlərin yerində tikilməkdə olan “Qış bulvarı”dır. 



Mirzağa Əliyev və Dilarə Əliyeva küçələrində hələ də sökülməyən evlər var. Onlar mənzillərinə görə veriləcək kompensasiyanın azlığından narazıdır. Bakı Şəhər İcra Hakimiyyəti rəsmiləri isə mənzillərin kvadratmetrinə 1500 manatdan artıq pul vermək niyyətində deyil.

Füzuli küçəsinin sakinlərinin sözlərinə görə, hələ 2012-ci ildə, “Eurovision” musiqi yarışmasından əvvəl onlara rəsmi xəbərdarlıq edilib. Füzuli küçəsindəki yaşayış evləri də daxil olmaqla, 1 saylı Doğum Evi, mağazalar və uşaq bağçası da söküləcək.



 



Artıq 1 saylı Doğum Evinin bir hissəsi sökülüb. Söküntü qəflətən, heç bir xəbərdarlıq edilmədən həyata keçirilib. Səs-küydən xəstəxana kollektivi və xəstələr küçəyə axışıb. Doğum evinin bir hissəsi əməliyyat keçirmiş bir neçə qadın və körpə olduğu halda, uçurulub.

Verilən məlumata görə isə, 1 saylı Doğum Evinin sökülməsi səhiyyə naziri Oqtay Şirəliyevlə BŞİH rəhbəri Hacıbala Abutalıbovu üz-üzə qoyub. Belə ki, “Qış bulvarı” adlanan əraziyə birbaşa aidiyyəti olmayan xəstəxananın sökülməməsi üçün nazirlə mer arasında söhbət olsa da, ikincisi bununla razılaşmayıb. Belə olan halda, O.Şirəliyev xəstəxananın köçürülməsi üçün H.Abutalıbovdan vaxt istəyib. Razılaşma olsa da, bir neçə gün sonra doğum evi gözlənilmədən buldozerin qabağına verilərək bir hissəsi sökülüb. Bu zaman xəstəxananın işçiləri ilə iş icraçıları arasında mübahisə yaranıb. Qarşıdurma zamanı iş icraçıları xəstəxananın işçilərinə təzyiq ediblər.



 



Hazırda isə xəstəxanadakı xəstələrin hissə-hissə digər tibb müəssisələrinə köçürülməsi davam edir. Tikilinin tamamilə söküləcəyi də bildirilir. Belə olan halda, paytaxtın mərkəzində olan doğum evinin sökülməsi kimi problemə onlarla həkim və xəstəxana kollektivinin işsiz qalması da əlavə olunacaq.

Hadisə yerində iş aparan fəhlələr suallarımızı cavablandırmadılar. Doğum evinin sökülən hissəsinin yaxınlığında keçid tikilir. Doğum evindən bildirirlər ki, onlar bu məsələ ilə bağlı danışmaq istəmirlər: “Gedin, sökənlərdən soruşun”.



 



Səhiyyə Nazirliyindən isə bildirildi ki, doğum evinin taleyinin necə olacağı sual altındadır. Binanın tamamilə sökülməsi, yaxud təmir olunaraq istifadəyə verilməsi qərarı yoxdur. “Hələ müzakirə olunur ki, bina istifadəyə yararlıdır, ya yox. Ancaq təmir olunarsa, bu müddət ərzində işçilər maaşlarını alacaqlar. Doğum evinin yerində saxlanılması, yoxsa köçürülməsi müəyyənləşdirilməyib. Dəqiq qərar yoxdur”,- deyə nazirliyin mətbuat xidmətindən bildirildi.

Qeyd edək ki, doğum evinin az hissəsi sökülüb. İstifadə olunan hissə isə böyük ərazini əhatə edir və Topçubaşov küçəsinə düşür. Ancaq merin bu ərazilərə də iddia etdiyi və tibb müəssisəsini sökməyə qərarlı olduğu söylənilir. Bu ərazilərdə sökülən tarixi binaların yerində isə park deyil, yeni binalar tikilir. Həmin binalarda mənzillər astronomik məbləğə - kvadrat metri 7 min manata satılır...



 


Teqlər:
Bu xəbər cəmi 12080 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR