Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

RƏHBƏR ALİM OLAN YERDƏ...

RƏHBƏR ALİM OLAN YERDƏ...


İsmayıllıda parlament seçkilərinin təqdirəlayiq səviyyədə keçirilməsində rayonda bərqərar olmuş ictimai-siyasi sabitlik şəraiti mühüm faktor olmuşdur





Noyabrın 1-də Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olan parlament seçkiləri keçirildi. Ümumən respublikada olduğu kimi, ölkəmizin modern inkişaf etməkdə olan əyalətlərindən sayılan İsmayıllı rayonunda da bu proses tam şəffaf, azad, ədalətli şəkildə həyata keçirildi. Partiyaların və namizədliyini müstəqil surətdə irəli sürən şəxslərin hər birinə bərabərhüquqlu şərait yaradıldı. Prosesdə heç bir qanunazidd neqativ hal, hüquqpozmalar müşahidə olunmayıb. Halbuki bir neçə il bundan əvvəlki durum olsaydı, vətəndaşları siyasi cəhətdən kifayət qədər fəal və yetkin olan İsmayıllıda qeyri-konstruktiv qüvvələrin seçki barədə mənfi rəy formalaşdırmağa yönəlik cəhdlərinin müşahidə olunacağını gözləmək olardı.



Müşahidəli oxucular asanlıqla sezə bilərlər ki, “bir neçə il bundan əvvəlki durum” yazmaqla məlum “İsmayıllı hadisələri”ni nəzərdə tuturuq. Əlbəttə, Azərbaycanın dilbər guşələrindən olan, eləcə də böyük iqtisadi potensiala malik bu rayonunda ictimai-siyasi atmosferin stabilləşməsində rol oynayan mühüm amil Rayon İcra Hakimiyyətinə başçı vəzifəsinə təyin edilən cənab Mirdamət Sadıqovun ölkə Prezidentinin ona göstərdiyi etimadı doğrultmasıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabının düzgün seçim etməsi bütün ismayıllıların razılığına səbəb oldu.



Arayış: Sadıqov Mirdaməd Mirsadıq oğlu 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnsititunu bitirib. Həmin təhsil ocağının maliyyə-kredit kafedrasında baş pereporator, laborant və baş laborant olub.



1977-ci ildən 1982-ci ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitutu komsomol komitəsinin katibi vəzifəsində çalışıb. 1982-ci ildə maliyyə-kredit kafedrasının baş müəllimi və iqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin edilib.



1988-ci ildən Bakı Maliyyə-Kredit Texnikumunun direktoru (Azərbaycan Maliyyə-İqtisad Kolleci) olub.



1999-2000-ci illərdə Nəsimi Rayon Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb.



2000-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edilib.



2008-ci ildə Vergilər Nazirliyi vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzinin baş idarə rəisi vəzifəsində çalışıb.



2008-ci il noyabr ayının 21-də Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib.



İqtisad elmləri doktoru, professordur. Ailəlidir. 4 övlad atasıdır.



1993-cü ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.



14 fevral 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevinsərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilmişdir.



14 fevral 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilmişdir..



Mirdamət müəllimin başçılığı altında həyata keçirilən səmərəli idarəetmə nəticəsində rayonun sosial-iqtisadi inkişafı sürətlənməyə başladı, makroiqtisadi göstəricilər yaxşılaşdı. İqtisadiyyatın bütün kriteriləri üzrə irəliləyiş müşahidə olunmağa başladı. Ən əsası, sahibkarların, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin qarşısı tam alındı, İcra Hakimiyyəti Aparatı başda olmaqla, rayonun bütün idarə, müəssisə və təşkilatlarında vətənadşların müraciətlərinə həssas yanaşılması tələbi ciddi şəkildə irəli sürüldü, əvvəlki illərdə müşahidə olunan laqeydlik, biganəlik, məmurların və onların yaxın çevrəsində olan şəxslərin sıravi vətəndaşlara münasibətdə “yuxarıdan aşağı” baxması kimi xoşagəlməz tendensiyaya son qoyuldu.



Rayon rəhbərliyi M. Sadıqovun başçı vəzifəsində fəaliyyətə başladığı 2013-cü ildən ötən qısa müddət ərzində rayonun potensialını aşkara çıxarmağa, zəhmətkeş qüvvələrini tərəqqiyə yönəltməyə nail oldu.  Ümumi daxili məhsulun, əhalinin pul gəlirlərinin, orta aylıq əmək haqqının, əmtəə dövriyyəsinin, görülən işlərin və göstərilən xidmətlərin həcmində, yeni yaranan iş yerlərinin sayında əhəmiyyətli artım nəzərə çarpmağa başladı. Dünyada dərinləşməkdə olan maliyyə böhranının Azərbaycana da sirayət etməyə başladığı indiki məqamda İsmayıllıda belə bir müsbət tendensiyanın oturuşması olduqca təqdirəlayiq hal kimi qiymətləndirilməkdədir.



İsmayıllı vətəndaşlarının mövcud vəziyyətdən məmnunluğu bu ilin yayında ölkəmizdə keçirilmiş I Avropa Oyunları nın gedişində də müşahidə olunurdu. Həm Oyunlar dönəmində, həm də ilin başqa vaxtlarında İosmayıllıya təşrif buyuran xarici turistlər rayonda gördüklərindən razı qaldıqlarınıl dilə gətirirlər. Onu da qeyd etməyə dəyər ki, Mirdamət müəllimin rəhbərlik etdiyi dönəmdə İsmayıllının turizm potensialının yüksəldilməsinə yönəlik tədbirlər də sürətlənmiş, bu sektorda məşğul olan iş adamlarına yaradılan əlverişli şərait, biznes mühiti nəticəsində yeni – yeni turizm obyektləri, otellər, iaşə müəssisələri, istirahət məkanları istifadəyə verilmişdir.  



Əlbəttə, şəxsən professor M. Sadıqovun özündən soruşulsa, əldə olunan bu nailiyyətlərin kökündə dövlətimizin İsmayıllıya və İsmayıllı vətəndaşalrına qayğılı münasibətinin, ölkə Prezidentinin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirlərinə ayırdığı maliyyə vəsaitinin, tərəqqipərvər İsmayıllı vətəndaşlarının zəhmətsevərliyinin durduğunu söyləyəcəkdir. Burada həqiqətin payı çoxdur. Lakin Mirdamət müəllimin təvazökarlığı da hamıya məlumdur. Axı dövlətin qayğılı münasibətini onun vətəndaşlarına ötürməklə vəzifələndirilmiş şəxslərin həmin vəzifəni hansı səviyyədə yerinə yetirməsindən də çox şey asılıdır. Rəyini soruşduğumuz İsmayıllı sakinlərinin fikrincə, professor Mirdamət  Sadıqovun başçılığı altında qazanılan müvəffəqiyyətlərin başlıca səbəbi onun idarəetməyə məhz elmi yanaşmasıdır.



Təəssüflər olsun ki, rayonda gedən inkişafı gözü götürməyən bəzi qeyri-konstruktiv qüvvələr (onlar əslində “qüvvə” adlandırılmağa layiq də deyillər – müəllif.) çirkin niyyətlərini həyat keçirmək üçün alətə çevirdikləri mətbu və elektron kütləvi informasiya vasitələrində rayon rəhbərliyi, şəxsən RİH başçısı M. Sadıqovun barəsində hədyanlar yaymağa, mənfi ictimai rəy yaratmağa cəhd göstərirlər. Enerjilərini boş yerə sərf edən belələrinə adamın sadəcə yazığı gəlir. Onlar sanki bir həqiqəti unudurlar ki, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi yaxşı bacarır. Ağ, qara ləkə götürmədiyi kimi, M. Sadıqova da belə əsassız şər və böhtanlar yapışmır. Daha yaxşı olardı ki, onlar da tərəqqisevər cəmiyyət üzvlərinə qoşularaq, pozitiv fəaliyyətlə məşğul olardılar, ölkənin inkişafına öz töhfələrini verərdilər.



Heç şübhə yoxdur ki, bir gözəl rəhbər kimi sadalamadığımız digər üstün xüsusiyyətləri ilə də əhalinin dərin hörmətini və rəğbətini qazanan Mirdamət müəllimin başçılığı altında ismayıllılar bundan sonra da şövqlə çalışacaq, həm ölkəmizin çiçəklənməsinə, həm də tərkib hissəsi olduqları xalqımızın rifah halının yaxşılaşdırılmasına sanballı pay verəcəklər.  



Yenimeydan.info



Teqlər:
Bu xəbər cəmi 1435 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR