Rusiyaya məxsus daha bir təyyarə qəzaya uğrayıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu ölkəyə məxsus An-12 yük təyyarəsi Cənubi Sudanda uçuşdan dərhal sonra qəzaya düşüb. İlkin məlumata görə, təyyarədə beş rusiyalı ekipaj üzvü və yeddi sərnişin olub.
Sudan mətbuatı isə qəzada 40 nəfərin öldüyünü iddia edir. Qəzada həmçinin biri uşaq olmaqla, iki nəfərin sağ qaldığı bildirilir. Artıq sosial şəbəkədə qəzanın ilk fotosu da paylaşılıb.
***
Cənubi Sudan prezidentinin nümayəndəsi yerli mətbuata açıqlamasında isə təyyarədə 20 nəfərin ola biləcəyini deyib.