Mərkəzi Bank 2015- ci ilin III rübünə dair statistik məlumatları açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, bu rübün göstəricilərinə əsasən ölkədə ləğvetmə prosesində olan bankların sayı yeddiyə çatıb.
Xatırladaq ki, II rübün yekununda belə bankların sayı beş idi.
Hazırda Azərbaycanda 43 bank fəaliyyət göstərir. Onlardan 2-si dövlət bankı, 41-i isə özəl banklardır.