Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Siyavuş Aslanın sözü olmasın, çox çətindir...” - İqbal Ağazadə

“Siyavuş Aslanın sözü olmasın, çox çətindir...” - İqbal Ağazadə


Ümid Partiyasının sədri İqbal Ağazadə Modern.az saytının suallarını cavablandırıb. "Qafqazinfo" həmin müsahibəni təqdim edir:



- MSK-nın nəticələrinə əsasən, Araz Əlizadə namizəd olduğunuz 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputat seçildi. Bundan sonra siyasi fəaliyyətinizi necə davam etdirəcəksiniz?



- Siyasi fəaliyyərtimizi deputatlığa görə davam etdirmirdik ki... Siyasi fəaliyyətimiz düzgün bildiyimiz kursdur. Siyasi partiyamızı da, ideyalarımızı da davam etdirəcəyik. Hər şey öz axarı ilə gedir. Dünyanın nə sonudur, nə də başlanğıcı. Ona görə də bu məsələdə heç nədən narahat deyilik. Sadəcə, dairənin elan etdiyi nəticələrin həqiqətə uyğun olmaması ilə bağlı lazım gələn prosedurları keçəcəyik.



- Daha nə etməyi düşünürsünüz? Bu məsələdə çətin olan nə idi?



- Əvvəla, dairə üçün də, MSK üçün də çox çətindir. Möhürlənmiş bütün standartlara, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq 25 məntəqənin protoklu əlimdədir. Sadəcə olaraq indi yanlış bir nəticəni ortaya qoymaq və onu düzəltmək çox çətindir. Məsələn, orda qoyulan nəticələrdən biri məntəqələrin nəticələri idi. Əlimdə protokol var ki, 21-ci məntəqədən 44 səs almışam, Araz Əlizadə isə 8 səs. Amma MSK-nın saytında yerləşdirilmişdi ki, Araz Əlizadə 292 səs, mən isə 110 səs almışam. Bu protokollar əlimizdədir. Bilirlər ki, 21-ci məntəqənin sədri, komissiya katibi deyir ki, adamlara protokol vermişik. İndi lap getsin dairədə nə yazır yazsın. Bu nəyi dəyişir ki! Amma protokolda imzası, möhürü ilə standartlara uyğun olaraq bunları yazıb. İki nəticə necə ola bilər ortada?



Bir haşıyə çıxım. Ağasadıq Gəraybəyli rəhmətə gedəndən sonra onu yas yerindən götürəndə hamı çıxış edir. Daha sonra söz rəhmətlik Siyavuş Aslana verilir. Siyavuş Aslan da görür ki, hamı Ağasadıq Gəraybəyli haqqında hər şeyi deyib. O da adamlara baxıb köks ötürərək deyir ki, “çox çətindir. Sizin üçün də çətindir, mənim üçün də”. Arxaya çevrilib Ağasadıq Gəraybəylinin nəşinə baxaraq “vallah, bunun özü üçün lap çətindir” söyləyir. İndi dairənin özü üçün də, MSK üçün də lap çətindir. Necə etsinlər. Ona görə də düzəldə bilmədilər.



- İqbal Ağazadənin bundan sonrakı siyasi xəttində hər hansı dəyişiklik gözlənilirmi?



- İqbal Ağazadənin siyasi xətti nədirsə, o da davam edəcək. Yenə deyirəm. Biz siyasi xəttimizi olduğumuz yerə görə yox, düşüncəmizə görə müəyyən etmişik. Düşüncəmiz necədirsə, elə də davam edəcəyik. Düşüncəmiz uzun illərdir ki, apardığımız siyasi xəttlə eynidir. Ona görə də nə düşüncəmizi, nə də düşərgəmizi dəyişmək fikrindəyik.



- Belə fikir var ki, mübarizəyə kişi kimi qoşulmaq və kişi kimi də məğlub olmaq lazımdır. Bu mübarizədə özünüzü necə rəqib gördünüz?



- Bu mübarizədə öz dairəmdən heç kəsə rəqib olmamışam. Mənim də rəqibim olmayıb. Əgər bir məntəqədəki qutudan 702 səs İqbal Ağazadəyə, 4 səs, 2 səs, 5 səs başqalarına çıxırsa, burda rəqabətdən söhbət gedə bilməz. Bunların hamısı əlimdədir. Nə rəqabət ola bilər ki?



- “Bu mübarizədən İqbal Ağazadə məğlub çıxdı” deyənlərə sözünüz varmı?



- Hər şey yaxşı olacaq. Sadəcə, gülümsəmək lazımdır. Ən çətin anlarda da... Hesab edirəm ki, bu da bir siyasətçi üçün yaşaya biləcəyi situasiyalardan biridir. Fərqi yoxdur, haqlı və ya haqsız. Ona görə də yolumuza davam edirik. Gülümsəyə-gülümsəyə...


Teqlər:
Bu xəbər cəmi 1585 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR