Türkiyə Böyük Millət Məclisinə növbədənkənar seçkilərdə səslərin hesablanması başa çatmaq üzrədir.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hakim partiyanın böyük səs fərqiylə qalib olmasını AKP-çilər böyük sevinclə qarşılayıblar.
Vətəndaşlar prezident Rəcəb Tayyib Ərdoğanın Üsküdar Kısıklıdakı evinin qarşısına toplaşıblar, prezident lehinə sloqanlar səsləndiriblər.
Qeyd edək ki, seçkilərin nəticələri hesablanır. AKP 49,39 faizlə qalib gəlir.