İsa Qəmbər status yazıb, məndə ona bir sual ünvanlayaraq rəy yazdım oxuyan kimi sildi. Hikmət bəy demiş lap başını itirib nə etdiyini bilmir.
Və beləliklə:
Sayğıdəyər İsa bəy. Sizə bir sual verəcəm, lütfən səmimi cavab verin. Siz son mitinqinizdə (baxmayaraq ki vəziyyəti anlayıb, sonradan onu seçicilərlə görüş adlandırdınız) üzləşdiyiniz vəziyətin əksi olsaydı seçkilərdən imtina edəcəkmiydiniz? Yəni o mitinqə 10 000 -lər çıxsaydı. Təssəvür edirsinizmi 25 namizədiniz var mitinqinizdə isə 200 adam iştirak edir. Bunun nə anlama gəldiyini Siz hamıdan yaxşı bilirsiniz. Partiyanın bu duruma salınma səbəbini, heç papağınızı qabağınıza qoyub (qəlyanınızıda olar) fikirləşirsinizmi. İnsanların bu münasibəti nədən qaynaqlanır? Seçicilərin Sizlərlə görüşə gəlməmə səbəbi nədəndir? Arif Hacılının bu 1 ildə apardığı zərərli siyasət artıq öz bəhrəsini verməkdədir. Anlayırsınızmı 500 dən çox üzvü olan Agstafa təşkilatında indi 5 nəfərdə qalmayıb. İnanmırsınızsa divan üzvü Basxanım Abbaslı dan soruşa bilərsiniz. Ziyalı insanları ətrafınızdan aralayıb, populist çıxışlarla fiaskoya uğramış bir dəstənin ümüdinə qalacağnızı heçmi düşünməmişdiniz? Sonda Zaur Qurbanlı demişkən ALLAH RƏHMƏT ELƏSİN! Oxuyandan sonra silədə bilərsiniz bu rəyimi çünki Hikmet bəy demiş Sizdə səbr deyilən bir şey qalmadığını hamı bilir....