Misirdən St. Peterburqa gedərkən Sinada düşən təyyarənin sərnişini son anda xilas olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, düşən təyyarəyə biletini dəyişdirərək minməkdən imtina edən Yana Veretenova Ren TV-yə açıqlama verib.
Sərnişin St. Peterburq yerinə Moskvaya getmə qərarı aldığını bildirib;
“Bu anda Şarm El Şeyx hava limanındayam. St. Peterburqa gedən təyyarənin düşməsi səbəbiylə 9: 30-da qalxması lazım olan təyyarəmizi təxirə saldılar. Dörd saatdan çoxdur gözləyirik, bizə su verdilər. St. Peterburqa getməm lazım idi, lakin son anda fikir dəyişdirdim. Hava limanında vəziyyət çox gərgindi, hər kəs xəbərləri oxuyur, öz aralarında danışırlar. Uçmağa çox qorxuruq”.