Yaxın günlərdə Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunacaq.
Modern.az saytı xəbər verir ki, məsələdən xəbər tutan indiki rəis Vaqif Əsədov Elməddin Muradlı və rəhbəri olduğu saytın əleyhinə kampaniyaya başlayıb.
Bildirildiyinə görə, Vaqif Əsədov bu səbəbdən yaxın münasibətlərdə olduğu baş redaktorla əlaqələri kəsib. Bundan başqa, rəhbərliyə yol polisi ilə bağlı yayılan neqativ informasiyaların mənbəyi kimi Elməddin Muradlını göstərib.
Qurumda isə Vaqif Əsədovun dediklərinin tam əksinə Elməddin Muradlının bu sahəni yaxşı bildiyi, onun üzərində israrlı olduqları bildirilir.