Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

VHP Siyasi Şurası son siyasi təzyiqləri pislədi / 15.04.2013

VHP Siyasi Şurası son siyasi təzyiqləri pislədi / 15.04.2013
Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası ölkədəki son siyasi təzyiqlərlə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir: "Son aylar Azərbaycan ictimai-siyasi həyatında öz aktivliyi ilə seçilən insanlara, o cümlədən vətəndaş cəmiyyəti qurumlarına qarşı aparılan siyasi təzyiqlərin bu vaxta qədər görünməmiş səviyyədə artdığı müşahidə olunur. Tanınmış siyasi simalardan olan İlqar Məmmədov və Tofiq Yaqublunun İsmayıllı olaylarına görə, həmçinin ictimai asayişin pozulması ittihamı ilə NİDA-çı gənc fəalların, narkotik ittihamı ilə astma xəstəsi olan AXCP-çi gənclərin həbsi və istintaqın şəffaf aparılmaması hakimiyyətin siyasi rəqiblərinə qarşı qeyri-sivil və qeyri-qanuni metodlardan istifadə etdiyini təsdiqləyir. Bu həbslərlə paralel olaraq El hərəkatının ofisinin bağlanması, regionlara səfər edən siyasi və ictimai xadimlərin təşkil olunmuş təzyiqlərlə üzləşməsi, yerli icra başçılarının daşıdıqları vəzifənin səlahiyyətlərindən kənar açıqlamaları ictimai-siyasi mühitdə aqressiyanın artmağına xidmət edir ki, geosiyasi baxımdan həssas bir ərazidə yerləşən Azərbaycan kimi ölkə üçün bu, xüsusilə təhlükəlidir. VHP Siyasi Şurası olaraq hakimiyyət tərəfindən ictimai nəzarətin gücləndirilməsini, demokratik təsisatlara qarşı aparılan siyasəti ümumilikdə Azərbaycanın beynəlxalq imicinə çox ciddi zərbə vuran amil kimi qiymətləndirməklə bərabər, baş verənlərin ölkəni təcridə apardığını vurğulayırıq. Beynəlxalq təcrid isə ölkənin ümumilli problemlərinin həllində mənfi mənada mütləq öz təsirini göstərir. Azərbaycanın təbii sərvətləri hesabına qazandığı nailiyyətləri və beynəlxalq imici daxili repressiyalar və siyasi təzyiqlərlə heçə endirmək ölkənin gələcəyini təhlükə altına qoymaqdır. Xüsusilə 2013-cü ildə, Azərbaycanda prezident seçkisi olduğu üçün beynəlxalq təşkilatların bölgəyə diqqətinin artdığı və ölkədə rəqabətin genişləndiyi məqamda hakimiyyətin repressiv siyasət aparması çox təhlükəli tendensiyanın yaranmasına səbəb ola bilər. VHP Siyasi Şurası bu siyasi təzyiqləri qətiyyətlə pisləyir, Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətləri, siyasi birliklərlə zor dilində danışmamağa, demokratik təsisatlara qarşı aqressiyadan əl çəkməyə və hüquqi dövlət quruculuğu sahəsində islahatlara başlamağa çağırır".

Teqlər:
Bu xəbər cəmi 2440 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR