Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Hakimiyyət olaraq biz Zeynəb Xanlarovanı daim dövlətin, dövlətçiliyin və xalqın tərəfində görürük”

“Hakimiyyət olaraq biz Zeynəb Xanlarovanı daim dövlətin, dövlətçiliyin və xalqın tərəfində görürük”
Əli Həsənov: "Zeynəb xanımı Əkrəm Naibov, Rüstəm İbrahimbəyov kimilərinin sırasında görmək istəyənlər yanılırlar"

Prezident Administrasiyasının şöbə müdiri: “Hələ indiyə qədər Zeynəb Xanlarovanı siyasi məqsədlər naminə istifadə etmək heç bir müxalifət partiyasına və yaxud müxalifətçiyə nəsib olmayıb”


 


“Zeynəb xanım Azərbaycan mədəniyyətinin çox görkəmli nümayəndələrindən biridir. Neçə illərdir xalqımızı ölkə daxilində və xaricdə tərənnüm edir, SSRİ-nin, sovet və müstəqil Azərbaycanın ən yüksək fəxri adlarını, orden və medallarını daşıyır. O, həm də tanınmış ictimai xadimdir, Azərbaycan parlamentində öz seçicilərini təmsil edir”. SİA-nın verdiyi məlumata görə, bunu apa-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov son günlər bəzi mətbuat orqanlarında millət vəkili və xalq artisti Zeynəb Xanlarova haqqında iqtidaryönlü “Kaspi” qəzetində dərc olunmuş tənqidi yazı ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.


 


Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Nardaran kəndində Zeynəb Xanlarovanın bağ evinin yandırılması və hadisənin törədilməsində şübhəli bilinən şəxslərin saxlaması ilə bağlı açıqlaması millət vəkilinin etirazına səbəb olub. Bəzi müxalifyönlü mətbuat orqanları Zeynəb Xanlarovanın bu açıqlamalarına istinad edərək, onun iqtidarla yolunun ayrıldığını da yazıb. 


 


Ə.Həsənov isə bu cür yazıların doğru olmadığını bildirib: “Zeynəb xanım həmişə dövlətə və dövlətçiliyə xidmət göstərib, bütün dövrlərdə ölkə rəhbərləri ilə yaxın təmasa malik olub, hakimiyyətlə birbaşa bağlığı ilə tanınıb. Hələ indiyə qədər Zeynəb xanımı öz tərəfinə çəkmək, müəyyən siyasi məqsədlər naminə istifadə etmək heç bir müxalifət partiyasına və yaxud müxalifətçiyə nəsib olmayıb. Bugünkü müxalifət də təpədən-dırnağa qədər öz dövlətinə və millətinə bağlı olan bu insanı, nə qədər çalışsa belə,  hakimiyyətə, ölkə başçısına qarşı qoya bilməyəcək”.


 


Şöbə müdiri qeyd edib ki, Z. Xanlarova Azərbaycan mədəniyyət xəzinəsinin incilərindən biridir: “O, mahir sənətkardır, lakin yetkin siyasətçi deyil. O, bəzən bəyanat və açıqlamalarını emosional formada səsləndirir, onları ütülü formaya salaraq cəmiyyətə təqdim etmir. “Kaspi” qəzeti də, əlbəttə, nə qədər iqtidaryönlü olursa-olsun, bəlli bir jurnalist kollektivinin çalışdığı müstəqil mətbuat orqanıdır. Hər bir media vasitəsi kimi, “Kaspi”nin də öz dəst-xətti, fərqli üslubu var, burada çalışanlar ölkədə baş verən hadisələrlə bağlı məxsusi mövqeyə malikdirlər. Onlar da Zeynəb Xanlarovanı daim öz yanlarında, düşündükləri, təsəvvür etdikləri kimi görmək istəyirlər. Burada qeyri-adi bir şey yoxdur. Lakin hakimiyyət olaraq biz Zeynəb Xanlarovanı daim dövlətin, dövlətçiliyin və xalqın tərəfində görürük. Zeynəb xanımı Əkrəm Naibov, Rüstəm İbrahimbəyov kimilərinin sırasında görmək istəyənlər yanılırlar.


 


O ki qaldı Zeynəb xanımın Daxili İşlər Nazirliyinin açıqlamasına münasibətinə, qeyd etməliyəm ki, daxili işlər orqanlarının başlıca vəzifələrindən biri ölkədə sabitliyi, ictimai asayişi, vətəndaşların mülkiyyətini, əmlakını qorumaq, habelə bu işə xələl gətirən insanları müəyyənləşdirərək məsuliyyətə cəlb etməkdir. Zeynəb xanımın reaksiyasına Daxili İşlər Nazirliyi münasibət bildirib və bu məsələni artıq bitmiş hesab etmək olar”.

Teqlər:
Bu xəbər cəmi 1835 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR