Sumqayıt şəhərində teplovozla hərbi avtomobil toqquşub.
“Qafqazinfo” xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsindən ans press-ə verilən məlumata görə, hadisə bu gün 11 radələrində Azərbaycan Dövlət Dəmir yolunun Yaşma-Z.Taqıyev çeşidləmə mənzilinin, 9-cu piçetində baş verib.
Bakıdan Yalamaya gedən Biləcəri Lokomotiv deposunun maşinisti 55 yaşlı Sumqayıt sakini Faiq Əzizovun idarə etdiyi teplovozla Məhəmməd Muxtarlının idarə etdiyi “Maz” markalı avtomobil toqquşub.
Nəticədə hərbi qulluqçular Məhəmməd Muxtarlı və avtomobildə olan 5 əsgər müxtəlif xəsarətlərlə MN-nin Mərkəzi Hospitalına çatdırılıb.
Onların vəziyyətinin stabil olduğu bildirilir. Fakt Xaçmaz xətt Polis Şöbəsinin Sumqayıt bölməsində araşdırılır.