Tanınmış radio aparıcısı, bloger Tural Yusifov Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən reportaj hazırlayıb.
Ölkə.Az xəbər verir ki, reportajda aparıcı NİİM-in fəaliyyəti haqqında danışıb. Aparıcı Bakıda yol hərəkətinin necə təşkil olunması, mərkəzin yaranmasından sonra yollarda hansı dəyişikliklərin olması və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən asılı olan bir sıra məqamlara toxunub.
NİİM-dən aparıcıya Bakı şəhərində yol hərəkətinin necə təşkil olunması, sıxlıq müşahidə olunan zaman mərkəz tərəfindən hansı addımların atılması barədə məlumat verilib.
Daha sonra NİİM-in əməkdaşları tərəfindən Bakıda sıxlığın aradan qaldırılması üçün yolun optimallaşdırılmasına dair hazırlanmış təkliflər diqqətə çatdırılıb.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.